Modern.az

Fuad Muradov: “Onun seçicilərilə axırıncı dəfə nə naxt görüşdüyü heç bəlli deyil”

Fuad Muradov: “Onun seçicilərilə axırıncı dəfə nə naxt görüşdüyü heç bəlli deyil”

13 May 2015, 17:29


“Təbii ki, biz qərəzli mövqe ilə üzləşəcəyik. Avropa Parlamenti qondarma “Talış Muğan Respublikası”nın lideri Ələkrəm Hümmətovu da öz dinləmələrinə dəvət etdi. Biz onlara dedik ki, “Talış Muğan Respublikası”nın Azərbaycandakı vəziyyətlə nə əlaqəsi var? Heç biri bu sualımıza cavab verə bilmədi”.

Modern.az saytının məlumatına görə, bunu Milli Məclisdə Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyası ilə bağlı keçirilən dinləmədə deputat Fuad Muradov deyib. Deputat bildirib ki, Azərbaycanda bu cür dinləmələrin sayı çoxalmalıdır. Onun sözlərinə görə, Azərbaycan QHT-ləri stimullaşdırıb xaricdə tədbirləri genişləndirməlidir.

Fuad Muradov qeyd edib ki, Azərbaycandakı QHT rəhbərlərinin, media nümayəndələrinin Avropa Birliyinin ölkəmizdəki səfirinin qəbuluna düşməyə tam ixtiyarları var.

“Ona suallar ünvanlanmalıdır. Diqqətəinə çatdırılsın ki, Azərbaycana yalvarırsınız ki, Riqa sammitində iştirak etsin. Səfirin qarşısında konkret suallar qoyulmalıdır”.

Fuad Muradov qeyd edib ki, Azərbaycana qarşı aparılan kampaniyanın əksinə ciddi addımlar atılmalıdır. Onun fikrincə, mətbuata dəstək olmaq lazımdır ki, media xaricdə təbdirlər keçirə bilsin.

“Azərbaycanda olan müzakirələr yüksək səviyyədədir. Bizim Brüsseldə, Vaşinqtonda müəyyən informasiya mərkəzlərimiz olmalıdır ki, məlumatları oradakı insanlara çatdırsınlar. Avropa Parlamentinin deputatı Ulrike Lunaçikin öz seçiciləri ilə axırıncı dəfə nə naxt görüşdüyü heç bəlli deyil. Biz isə seçicilərimizlə bir gün görüş keçirməyəndə təsəvvür edin ki, nələr olar. Lunaçik Azərbaycanı mütəmadi olaraq tənqid edir və bundan başqa öhdəliyi, işi-gücü yoxdur. Sabah da deputat seçiləndə onun Azərbaycan haqqındakı çıxışları əsas gətiriləcək. Buna görə də biz Avropa insanlarını mütəmadi olaraq məlumatlandırmalıyıq”.

Milli Məclis üzvü onu da əlavə edib ki, Avropa Parlamentində Azərbaycana yaxşı münasibəti olan deputatlar da az deyil.

Aqşin Kərimov

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır