Modern.az

Qarayaxma kampaniyası ancaq siyasi fiqurların şəxsi marağındadır...

Qarayaxma kampaniyası ancaq siyasi fiqurların şəxsi marağındadır...

13 May 2015, 19:10

Mirhəsən Seyidov,

İrəli İctimai Birliyinin sədri

Avropa Parlamentində keçirilən tədbir bir daha Avropa Oyunlarına siyasi motivləri qatır.

Avropa Oyunlarına çox az sayılı günlər qalmasına baxmayaraq, Avropa Parlamentində bir neçə beynəlxalq təşkilatın birləşərək Azərbaycana qarşı qərəzli mövqe sərgiləməsi bizim üçün heç bir yeni təcrübə olmadı. Türkiyə xalqına qarşı atılmış addımların bugün siyasi motivləri Azərbaycanın ev sahibliyi edəcəyi  Avropa Oyunlarına qatışır.Məhz bu səbəbdən keçirilən tədbirdə bir çox əsassız fikirlər səsləndirilib.

Human Rights Watch təşkilatının yaxın zaman Amerikada insan haqqlarının tapdalanmasına və mühacirətdə olan insanlara qarşı törədilən hadisələrə dair çəkilmiş video bir çox insan tərəfindən sosial şəbəkələrdə izlənilməsinə baxmayaraq Avropa Parlamentində keçirilən tədbirdə Azərbaycanda insan haqqlarına dair video sərgilənib.

Avropa Parlamenti rəhbəri Martin Şulyz açıqlamasında Avropa Oyunları olan çoşqu haqqında fikirlərini səsləndirməsinə baxmayaraq, parlamentin Azərbaycan qərəzli mövqe sərgiləyən, cinsi azlıq qrupuna daxil olan vitse prezidenti Lunaçek Azərbaycanda qarşı qərəzli fikirlər səsdirərək bir neçə məsələyə fikir bildirib. Bu bizə onu deməyə əsas verir ki, qarayaxma kampaniyası siyasi qurumların deyil orada yer alan fiqurların şəxsi marağındadır..

Azərbaycanda aparılan islahatlar, insan haqqları institutlarının möhkəmlənməsi, QHT-larının fəaliyyətində şəffaflığı bir kənara qoyan Lunaçek addığı bu addımla ətrafında toplanmış bir neçə partiya fikirlərinə təsiri möhkəmləndirmişdir ki, biz bunu dinləmə zamanı sosial şəbəkələrdən paylaşılan statuslar zamanı hiss etmişik.

Avropa Oyunlarının keçiriləcəyi bir vaxta buna tam hazır olan Azərbaycan artıq xarici jurnalistlərin və akkreditasiyadan keçməyə cəhd göstərən fərdlərlə birbaşa əlaqələr yaradıb onlarla daha yaxından maraqlanır. Azərbaycanda fəaliyyət göstərən QHT-lərin bir çox beynəlxalq kampaniyalarda və proqramlarda yer almamasını istəyən siyasi partiya liderləri bir mənalı şəkildə sərbəst iştirakçılığa qarşı çıxış etmişlər.

Azərbaycan regionda sülhün təminatçısına çevrildiyi bir halda hələ də Dağlıq Qarabağ problemi olduğunu bilən bu kimi təşkilatlar bir dəfə də olsun bununla bağlı mövqe sərgiləməyiblər. Bu da bizə onu deməyə əsas verir ki, bu kimi təşkilatlarda rola malik olan erməni lobbisi yenə Azərbaycana qarşı iddialarında əl çəkmir. Sayılı günlərdən sonra Avropa Oyunları bayramında, Azərbaycan 2 il müddətdə bu kimi beynəlxalq və yüksək səviyyəli tədbirə necə ev sahibliyi etmək lazım olduğunu bir daha Avropa və dünya ölkələrinə sübut edəcəkdir. 

 
Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı