Modern.az

Ukrayna məsələsi yaxın həftələrdə həll olunmalıdır - RUS POLİTOLOQ

 Ukrayna məsələsi yaxın həftələrdə həll olunmalıdır - RUS POLİTOLOQ

Dünya

14 Avqust 2015, 23:24

 

Modern.az Rusiya KİV-inə istinadən xəbər verir ki, rusiyalı politoloq Andrey Piontkovskiy bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynayla bağlı planları hesabladığı kimi getmir və plan uğursuzluğa düçar olub.

Politoloq hesab edir ki, Putinlə və onun ətrafının Ukrayna məsələsində fikir və maraqları ciddi şəkildə fərqlənməyə başlayıb: “Əgər 1 il bundan öncə Putinin əsas planı Novorossiya, Dnestryanıya kimi Ukraynanın bir sıra ərazilərini tutmaq idisə, hazırda bu barədə düşünən yoxdur. Hesab edirəm ki, Ukrayna məsələsi yaxın həftələrdə həll olunmalıdır”.

Piontkovskiy qeyd edib ki, operativ-taktiki əməliyyat baxımından Moskva avqust-sentyabr aylarında Ukraynaya hərbi müdaxilə etməsə, bundan sonra müdaxilə ümumiyyətlə olmayacaq. Oktyabr isə hərbi hücumlar mövsümü deyil. 

 
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü