Modern.az

Rauf Arifoğlu MSK-ya müraciət edib: "25-ci dairədə nəticələr ləğv edilsin"

Rauf Arifoğlu MSK-ya müraciət edib: "25-ci dairədə nəticələr ləğv edilsin"

14 Noyabr 2010, 23:51

25 saylı Nizami II seçki dairəsindən deputatlığa namizəd olmuş “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu seçkilərin nəticələrinin ləğv edilməsi xahişi ilə Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Müraciətdə bildirilib ki, seçki prosesi təkcə bir günü əhatə etmədiyi üçün seçkilərin təyin olunmasından başlayaraq səsvermənin nəticələri barədə qərarın təsdiq olunmasına qədər baş verən pozuntular, saxtakarlıqlar nəzərə alınmalıdır. R.Arifoğlu bildirib ki, bu dairədə təbliğat-təşviqat prosesində YAP-ın namizədi Sədaqət Vəliyevanın xeyrinə Seçki Məcəlləsinin tələbləri ilə uzlaşmayan kütləvi qanun pozuntuları baş verib. O, baş verən bir sıra qanunsuzluqların DSK sədri Heydər Vəliyev sifarişi əsasında həyata keçirildiyini vurğulayıb.

”Seçki günü Sədaqət Vəliyevanın xeyrinə ARDNŞ-nin Mühafizə xidmətinin əməkdaşlarının iştirakı ilə kütləvi karusel əməliyyatı həyata keçirilib...
...Seçki günü baş verən qanunsuzluqlar və saxtakarlıqlar Azərbaycan dövlətinin imicinə, demokratiyanın inkişafına ləkə gətirən əməllər sayıla bilər”-deyə R.Arifoğlu bildidb.

O, MSK-dan 25 saylı Nizami II seçki dairəsi Dairə Seçki Komissiyasının 39138 saylı 08.11.2010-cu il tarixli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi