Modern.az

Azərbaycanlı zəvvar Məkkdə vəfat edib

Azərbaycanlı zəvvar Məkkdə vəfat edib

Təhsil

16 Noyabr 2010, 21:50

Noyabrın 16-da Həcc ziyarətində olan azərbaycanlı zəvvarlardan biri dünyasını dəyişib. Bu, hacı titulunu qazanandan sonra  vəfat edən 75 yaşlı Cəlilabad sakini Duha Məmmədovadır. (ANS).
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib ki, mərhum Duha Məmmədovanın şeytanı daşlama mərasimindən sonra vəziyyəti pisləşib. Xəstəxanaya aparıblar, Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Ümumi qaydalara görə, vəfat edən hacı xanım Məkkədə dəfn ediləcək. Dəfn mərasimi noyabrın 18-də həyata keçiriləcək.

Xatırladaq ki, bundan öncə bu il Həccə gedən zəvvarlardan daha biri - Xanbala Atakişiyev də vəfat edib. Noyabrın 8-də axşam saatlarında mərhumun cənazəsi Bakıya gətirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü