Arxiv
25 Dekabr 2015, 14:33 | MÜSAHİBƏ
İranın Azərbaycandakı səfiri: “Təklifimiz qəbul olunsa, neftin qiyməti qalxacaq” - MÜSAHİBƏ

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin Modern.az saytına müsahibə verib. Onunla beynəlxalq siyasətdə baş verənlər və bunların İrana təsirina dair söhbətimizi təqdim edirik.

- Cənab səfir, “altılıq” ölkələri ilə İran arasında nüvə razılaşması əldə olunandan sonra, beynəlxalq siyasətdə rəsmi Tehran üçün yeni üfüqlərin açılacağı gözlənilir. Sanksiyalar aradan qalxacağı təqdirdə, İran üçün yaranacaq əlavə imkanlara bir aydınlıq gətirmənizi istərdik.

- Sanksiyaların aradan qalxmasından sonra iqtisadi dirçəliş üçün münasib zəmin yaranacaq və biz sanksiyalardan sonra dünya birliyinin İrana yeni bir baxışının şahidi olacağıq.

İranın regiondakı qabarıq mövqeyinin daha da artması sanksiyaların ləğvinin nəticələrindən biridir. Bu gün İran İslam Respublikası regionda həm geopolitik cəhətdən, həm də müxtəlif potensiallar və bacarıqlar baxımından önəmli mövqeyə malikdir. İran zəngin neft və qaz ehtiyatına malik olduğu halda son 10 ildə İranın bu potensialı qarşısında müəyyən maneələr yaradılmışdı.

Xoşbəxtlikdən məlum razılaşmadan sonra bu maneələr aradan qalxır və biz artıq maneələrin aradan qalxmasının nəticələrini görməkdəyik.

- Konkret olaraq nəyi nəzərdə tutursunuz?

- Belə ki, dünyanın nüfuzlu iqtisadi şirkətləri İran bazarına maraq göstərməyə başlayıblar. Sanksiyaların ləğvindən sonra yaranacaq fürsət İranın öz potensialını və bacarığını göstərmək üçün çox yaxşı fürsətdir. İqtisadi məsələlərin həlli İran xarici siyasətində mühüm yer tutur və biz ölkəmizin iqtisadi mənafeyini təmin etmək əzmindəyik. İran İslam Respublikasının müxtəlif ölkələrdəki səfirlərinin mühüm vəzifələrindən biri də investisiya cəlb edilməsi, turizm sektorunun inkişafı və texniki-mühəndislik xidmətlərinin ixrac edilməsidir.

- İran Suriya ilə bağlı siyasətində Bəşər Əsədi dəstəkləyir. Tehranın bu mövqeyi Rusiyanın siyasəti ilə üst-üstə düşür. Lakin Rusiya və İran Suriya böhranı məsələsində İsrail, Türkiyə, Səudiyyə Ərəbistanı, Amerika kimi ölkələrlə ciddi fikir ayrılığı yaşayır. Bu fikir ayrılıqlarına nə zaman son qoyulacaq?

- Biz Suriya xalqının rəyini müdafiə edirik. Bütün ərəb-müsəlman ölkələri arasında Suriya hakimiyyəti və Bəşər Əsədin özü xalq tərəfindən ən çox dəstəyə malikdir. Suriya hakimiyyətinin son illər ərzində bu qədər təzyiqlərə davam gətirməsinin əsas səbəbi terrorizmlə ciddi mübarizə aparmasıdır. Region ölkələri arasında fikir ayrılığı və ixtilaf o zaman aradan qalxar ki, bütün ölkələr terrorizmlə mübarizədə ciddi əzmkarlıq göstərsinlər, xüsusilə terrorizmə maliyyə və silah dəstəyi göstərməyi dayandırsınlar.

- Bu gün “İslam dövləti” (İŞİD) kimi terror təşkilatları dünya üçün bir bəlaya, təhlükəyə çevrilib. Nə düşünürsünüz, İŞİD-in varlığına nə zaman son qoyulacaq?

- İran daim İŞİD-i terrorçu qrup hesab edib və bu gün hətta bəzi ABŞ rəsmiləri də anlayıblar ki, İŞİD ən təhlükəli terror qrupudur. Bu qrupla mübarizə aparmaq üçün təbliğat koalisiyasına ehtiyac yoxdur. Birinci növbədə terrorçulara maliyyə dəstəyi dayandırılmalı, onlara silah göndərilməməli və əməli şəkildə onunla mübarizəyə başlanılmalıdır. Belə olan halda İŞİD-i məğlub etmək olar.   

- Dünya bazarlarında neftin qiyməti kəskin şəkildə ucuzlaşır. İran dünyanın neft-qaz ixracatçılarından biridir. Belə fikirlər var ki, İrana qarşı sanksiyalar aradan götürülərsə, Tehran dünya bazarında möhkəmlənəcək və neftin qiyməti daha da ucuzlaşacaq. Bəs indiki situasiyada İran neftin qiymətinin qalxması üçün nələr təklif edir?

- İran neft ölkəsi olaraq neftin qiymətinin qalxmasını istəyir. Öz siyasətləri ilə neftin qiymətinin aşağı düşməsinə səbəb olan ölkələr əslində super güclərin maraqlarına xidmət etmiş olublar və onlar öz xalqının mənafeyini nəzərə almayıblar. İran OPEK-də neftin hasilatının azaldılmasını təklif etdi. Əgər bu baş versə, neftin qiyməti qalxacaq.  

- Azərbaycanın milli valyutası manat dollara nisbətən ucuzlaşdı. Bu, İranla iqtisadi münasibətlərə hansı şəkildə təsir edə bilər?

- Bunun iki ölkə arasında iqtisadi və ticarət mübadilələrinə təsir edəcəyini düşünmürəm, çünki İranın iqtisadi müqavilələri adətən avro və dollarla bağlanır. 

- Türkiyə Rusiyanın Su-24 təyyarəsini vurduqdan sonra iki ölkə arasındakı gərginlik pik həddə çatdı. Hər iki ölkə İranın iqtisadi tərəfdaşıdır. İran bu iki ölkə arasındakı qalmaqala son qoyulması üçün hansı təşəbbüslə çıxış edə bilər?

- Hər iki ölkə İranın dostudur. Düşünürəm ki, müzakirələrin davam etdirilməsi və terrorizmlə mübarizədə ciddi anlaşmanın əldə olunması onların aralarında olan ixtilafların azlamasına və münasibətlərin düzəlməsinə gətirib çıxarar.

- İranın qonşuluğunda olan ölkələrdə vəziyyət o qədər də yaxşı deyil. Məsələn, İraq, Əfqanıstan və s. Yəni, İran qeyri-sabit region dövlətlərinin əhatəsində yerləşir. İran təkbaşına bölgədəki bütün problemləri həll edə bilərmi?

- İran bölgədə sülhün və sabitliyin bərqərar olunması üçün daim çalışır və sülh danışıqlarında iştirak etməklə regionun problemlərinin azaldılmasına kömək edir.

- Xəzərin statusu ilə bağlı hələ də fikir ayrılıqları mövcuddur. Bu fikir ayrılıqları nə zaman vahid mövqeyə keçəcək?

- Xoşbəxtlikdən Xəzərin statusunun təyin edilməsi ilə əlaqədar müzakirələr müsbət yöndə davam etdirilir və biz ümid edirik tezliklə bu məqsəd əldə olunar. 

- Hansı İran şirkətləri Azərbaycana investisiya yatırmaq istəyir? Söhbət yenilərindən gedir.

- Müştərək iqtisadi komissiyanın Tehranda keçirilən son iclasında bu məsələ müzakirə olunub və investisiya sahələrinin araşdırılması üçün işçi qrup yaradılıb.  

- Rusiya İŞİD-i Xəzər dənizindən bombalayır. Sizcə, bu Xəzər dənizinin hərbiləşdirilməsi prosesi deyilmi?

- Xəzər hövzəsi ölkələri yekdilliklə bu dənizin hərbiləşdirilməsinin əleyhinədirlər.


Aqşin KƏRİMOV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident küçələrdən siqaret kötükləri topladı 20 Sentyabr 2020, 00:59 İsveçrə ATƏT-in sədrliyi postuna namizəd irəli sürməyib 20 Sentyabr 2020, 00:43 Trampa qarşı qəsdin qarşısı alındı 20 Sentyabr 2020, 00:26 “Əsrin müqaviləsi”nin 26 ili tamamlandı 20 Sentyabr 2020, 00:09 Qubada polis postu quruldu 19 Sentyabr 2020, 23:58 6 futbol hakimi koronavirusa yoluxdu 19 Sentyabr 2020, 23:42 Əfqanıstanda terror: 1 ölü, 5 yaralı 19 Sentyabr 2020, 23:31 Bakıda kürəkən qaynanasını avtomobillə vurdu 19 Sentyabr 2020, 23:17 Bombardmançı təyyarə dünya rekordu qırdı 19 Sentyabr 2020, 23:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 390 358 nəfərə çatıb 19 Sentyabr 2020, 22:47 FETÖ ilə əməkdaşlıqda şübhəli bilinənlər saxlanıldı 19 Sentyabr 2020, 22:33 “Sumqayıt” lider oldu 19 Sentyabr 2020, 22:17 Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO 19 Sentyabr 2020, 22:01 Gəncədə gənc oğlan bıçaqlanıb 19 Sentyabr 2020, 21:44 BDU professorun universitetə buraxılmamasının SƏBƏBİNİ AÇIQLADI 19 Sentyabr 2020, 21:30 Türkiyədə koronavirusdan sağalanların sayı 266 117-yə çatıb  19 Sentyabr 2020, 21:17 Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib 19 Sentyabr 2020, 20:58 “Bu işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir” - Tural Gəncəliyev 19 Sentyabr 2020, 20:45 Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb 19 Sentyabr 2020, 20:31 “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” - İlham Əliyev 19 Sentyabr 2020, 20:18 Yol qəzası mərkəzi prospektdə tıxac yaratdı 19 Sentyabr 2020, 20:01 Nazirlikdən intihar edən müəllimə başsağlığı: “Qeyri-dəqiq məlumatların təqdimatı təəssüf doğurur” 19 Sentyabr 2020, 19:36 Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ barədə DANIŞDI: “Xalq bilməlidir nələr baş verir” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13