Arxiv
11 Dekabr 2010, 16:07 | MEDİA
Baş redaktorlar Heydər Əliyevi belə xatırlayırlar...


Sabah Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin vəfatından 7 il ötür. 2003-cü ildə dünyasını dəyişmiş Heydər Əliyev çağdaş siyasi tariximizdə böyük iz qoyub. 1993-cü ildə hakimiyyətə gələn H.Əliyev iqtidarda olduğu 10 il ərzində Azərbaycanın siyasi məkanını kardinal şəkildə dəyişdirə bildi. Mərhum prezidentin media ilə təmasları isə həmişə maraqla qarşılanıb. Mətbuata həmişə xüsusi diqqəti ilə seçilən Heydər Əliyevin jurnalistlərlə təmasları media dairələrində ciddi rezonans yaradıb.
Modern.az tanınmış media nümayəndələrindən Heydər Əliyevlə  keçirdikləri görüşləri barədə təəssüratlarını öyrənib. 

Rəşad Məcid: ““525-ci qəzet”in çap etdiyi yazılara Heydər Əliyevin necə reaksiya verdiyinin şahidi olmuşam 

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin sözlərinə görə, mərhum Heydər Əliyevlə bir neçə dəfə görüşüb. Onlardan biri prezidentin qəzet redaktorlarını qəbulu zamanı olub.  
“2001-ci ildə Heydər Əliyevlə baş redaktorların görüşündə mən çıxış etdim və mətbuatın problemləri barədə danışdım. Çıxım o vaxt mətbuatda dərc olunmuşdu. Öz kitabıma da salmışam. Sonra, 2002-ci ilin mart ayında “Jurnalistlərin dostu” mükafatı verilərkən görüşümüz olub. 2002-ci ilin iyul ayında da mətbuat günü ilə bağlı tədbirə gəlmişdi. Orda da Heydər Əliyevlə görüşümüzü xatırlayıram”.
R.Məcidin sözlərinə görə, Heydər Əliyev çox hissiyatlı, böyük siyasi xadim olub. Mərhum prezidenti ictimai rəyi idarə etməyi bacaran, ictimai fikrə böyük önəm verən, yazılı sözün qiymətini bilən və tarixə işləyən bir siyasətçi olduğunu qeyd edən R. Məcid deyir ki, Heydər Əliyev mətbuata çox böyük önəm verib.
“Bizimlə görüşlərində də prezident bildirirdi ki, o gündəlik mətbuatı oxuyur. Heydər Əliyev mətbuatda qaldırılan məsələlərə münasibət bildirirdi. Bizə çatan xəbərlərə görə, o, dəfələrlə müxtəlif mətbuat orqanlarında çap olunan yazılara və yaxud da televiziyalarda  efirə gedən sujetlərə necə ciddi reaksiya verirmiş. Mən şəxsən “525-ci qəzet”in də o zamanlar çap etdiyi yazılara Heydər Əliyevin necə reaksiya verdiyinin şahidi olmuşam”-deyə baş redaktor vurğulayır.

Bu görüşlər barədə təəsüratlarına gəlincə, R. Məcid deyir ki, Heydər Əliyevin  2001- ci ildə  baş redaktorları qəbul edərkən verdiyi müsahibə onun üçün çox maraqlı olub. “Mən o zaman prezidentə Qarabağla bağlı sual vermişdim. Prezidentə dedim ki, bu gün Amerikanın prezidenti Corc Buş sizə böyük hörmət bəsləyir. Atası ilə dost olduğunuzu bildirib. Rusiyanın prezidenti  Putin sizə bir ağsaqqal kimi, böyük bir siyasi xadim kimi yanaşır. Əgər bu münasibətlər kontekstində də Qarabağ məsələsi həll olunmursa, biz onda bu problemi gələcək nəsillərə ötürəcəyik və gələcəkdə bilinməyən situasiyalarda bu necə həll olunacaq? Bu sualdan sonra təxminən 45 dəqiqə Qarabağ məsələsi ilə bağlı o zamanlar heç kimə demədiyi fikirlərini bizə dedi. Dedi ki, siz ziyalı insanlarsınız, redaktorlarsınız, bu məsələləri bilməlisiniz.
Xüsusən, o, ərazi mübadiləsi ilə bağlı o zaman bizim qətiyyən ağlımıza gətirmədiyimiz detalları danışdı. Qarabağın müqabilində Naxçıvanla Azərbaycanı birləşdirən bir koridorun verilməsi ilə bağlı təkliflərdən danışdı. Heydər Əliyev dedi ki, bəzi dünya siyasətçiləri ona bildiriblər ki, Azərbaycan bununla regionda türk zolağı yaratmaq istəyir. Prezident “Türkiyə üçün Azərbaycan, sonra da Xəzər dənizi vasitəsiylə Orta Asiya ölkələrinə gedib çıxa biləcək bir dəhlizmi yaradırsınız?” kimi beynəlxalq siyasətçilərin bəzi təşvişini söylədi. O vaxt onun 45 dəqiqəlik cavabından hiss etdim ki, Qarabağ məsələsi biz düşündüyümüz qədər də sadə bir proses deyil, onun arxasında beynəlxalq qüvvələrin çox böyük maraqları durur”.

R.Məcid deyir ki, Heydər Əliyev daim mətbuat üçün mövzu verirdi. “Yay mətbuatın mövzu qıtlığı keçirən bir vaxtıdı. Jurnalistlərlə Naxçıvanda olan Heydər Əliyev Göyçə alçasını götürdü və alça barədə danışdı. Bununla bağlı bizim müxalifət mətbuatı bir müddət göyçə alçasından yazdı”.
Baş redaktorun fikrincə, Heydər Əliyevin ictimai fikri idarə etmək bacarığının şahidi olub.

R. Məcid qeyd edir ki, mərhum prezident canlı ünsiyyət zamanı çox səmimi olub. “Söhbətlərində arada olan səddi götürürdü. Qarşısındakı insandan  söz almağı bacarırdı. O, çox müdrik  insan idi. Mən görürdüm ki, insanlardan adi bir məsələni soruşarkən onun daxili aləminə nüfuz etməyi,  qarşısındakı insanı öz təsiri altına salmağı bacarırdı”.

Mehman Əliyev: “Heydər Əliyev çox uzaqgörən insan idi” 

“Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev Heydər Əliyevlə bir sıra beynəlxalq tədbirlərdə, beynəlxalq danışıqlarda iştirak edib.
“Bundan başqa, Azərbaycanda da bir çox əhəmiyyətli tədbirlərdə iştirak eləmişəm. Heydər Əliyev hər  bir  görüşündən çalışırdı ki, ondan maksimal dərəcədə yararlansın. O, həmişə hər hansı bir görüşə gedəndə, elə-belə getməzdi. O, çox hazırlıqdı insan idi”-deyə M.Əliyev bildirir.  Onun sözlərinə görə, Heydər Əliyev çıxışı zamanı qeydlərini bildirməklə bütün diqqəti üzərinə cəlb eləməyi bacarırdı.
“Məsələn o, hər hansı bir yazıçı ilə görüşdən öncə mütləq onun əsərləri ilə tanış olardı. Heydər Əliyev hər zaman hazırlıqlı olardı. Çoz uzaqgörən insan idi.  Onu digərlərindən fərqləndirən bir çox cəhətlər var idi. O, kimliyindən asılı olmayaraq, hər bir görüşə xüsusi diqqət yetirərdi”-deyə Mehman Əliyev vurğulayıb.

Elçin Şıxlinski: “O görüşdə Heydər Əliyev bizimlə açıq bir dialoqa girdi”

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlınski də Heydər Əliyevlə bir neçə ümumi tədbirdə iştirak edib.
“Hardasa 90-cı illərin ortalarında olub görüşümüz. Bir də axrıncı dəfə ümumi qəzet redaktorlari ilə görüşərkən mən də o tədbirdə iştirak edirdim”-deyən E.Şıxlinskinin sözlərinə görə, o zaman  Azərbaycanda mətbuatla bağlı çox gərgin bir vəziyyət yaranmışdı.
“Müxalifət  küçələrə çıxıb heç bir söz deyə bilmirdi. Amma media nümayəndələri böyük bir mitinq təşkil elədi. Həmin mitinqqabağı Heydər Əliyev bizi, 20-30 nəfər redaktoru və “Press-Klub”un təsisçilərini qəbul elədi. O görüşdə Heydər Əliyev bizimlə açıq bir dialoqa girdi. Təxminən sadə dildə desək, bizdən soruşdu ki, ”ay bala, axı siz nə istəyirsiniz?”. Biz də  ürəyimizdə olan bütün sözləri dedik. O, da özünəməxsus şəkildə təmkinlə qulaq asdı, dinlədi bizi”.
E.Şıxlinski deyir ki, həmin görüşdən sonra medianın bir sıra köklü problemləri həll edilib.

“Prezident kağız idxalına əlavə dəyər vergisini ləgv elədi. Bir sıra qəzetlərin “Azərbaycan” Nəşriyyatəna borcu vardı, onları dondurdu. Müəyyən mənada  bizim tələblərimizə qulaq asdı və vəziyyətin gərginləşməsinə imkan vermədi”-deyə baş redaktor vurğulayıb.

Elçin Şıxlınski mərhum prezidentlə heç vaxt təkbətək görüşməyib. “Heydər Əliyevlə təkbətək görüşməmişəm. Bir neçə dəfə kütlənin içində əlimi sıxıb görüşüb mənimlə. Xüsusən atamla bağlı tədbirlərdə görüşümüz olub. Atam rəhmətə gedəndən sonra orden təqdimatına ailəmiz adından mən getmişdim. Heydər Əliyev ordeni mənə təqdim elədi”.

Əflatun Amaşov: Heydər Əliyev bilirdi ki, hansı jurnalist kimdi və necə yazır”

Mətbuat Şurasının (MŞ) sədri  Əflatun Amaşov mərhum prezidentlə təmaslarını yaxşı xatırlayır.  MŞ sədri də 2001-ci ildə baş vermiş media böhranı zamanı Heydər Əliyevlə görüşün KİV üçün vacib əhəmiyyət daşıdığını deyir.
“O zamanlar mətbuatın vəziyyəti ilə bağlı diskussiyalar aparıldı və həmin görüşdən sonra mətbuatın inkişafında önəmli rol oynayan qərarlar qəbul olundu. Həmin görüşün nəticəsi kimi kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin daha da artırılması ilə bağlı prezident fərmanı qəbul olundu. Mənim yaxşı yadımdadır, “HUH” Jurnalistlərin Müdafiə Komitəsi “Jurnalistlərin dostu” mükafatını müəyyən etmək üçün sorğu keçirdi. Sorğu əsasında Heydər Əliyev “Jurnalistlərin dostu” oldu və həmin mükafat 2002-ci il martın 22-də ona təqdim olundu.  “Hyatt Recensy” otelində mükafatı təqdim edərkən onunla görüş, onun çıxışı, çıxışında bizə verdiyi tövsiyyələrin hamısı mənim yaddaşıma həkk olunub. Sonralar da olub görüşlər”.
Ə.Amaşovun sözlərinə görə, Heydər Əliyevin vaxtı az olsa da, həmişə jurnalistlərlə bir yerdə olmağa üstünlük verib.
“Həmin tədbirlərdə iştirak edərdi və bu mərasimlərdə iştirak edərkən onunıla müəyyən fikir mübadiləsi aparırdıq”.

Ə.Amaşovun sözlərinə görə, mərhum Heydər Əliyev ölkədə aparılan siyasi və iqtisadi islahatları cəmiyyətə çatırmaq üçün medianın gücünü bilirdi.

“Ölkə bir ictimai-iqtisadi formasiyadan başqa bir ictimai formasiyaya keçməli idi. Və bunu da yalnız cəsarətli, dünyagörüşü zəngin olan bir insan yerinə yetirə bilərdi. Bu missiya Heydər Əliyevin üzərinə düşdü”.

MŞ-nın sədrinin fikrincə, insanları görülən işlərlə tanış etmək, insanları inandırmaq üçün medianın rolu əvəzsiz idi. Heydər Əliyev sovet dövründə də mətbuatın rolunu həmişə yüksək qiymətləndirib, müstəqillik illərində də mətbuatın rolunu yüksək qiymətləndirirdi.

MŞ sədri qeyd edir ki, mərhum prezident senzuranın ləğv olunması, mətbuatın inkişafı ilə bağlı bir sıra sənədlərin qəbulu, Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması, onun bazasında Mətbuat Şurasının yaradılması və bu kimi məsələləri həll etməklə müstəqil mətbuatın rolunu daha da gücləndirməyə çalışırdı.

“Onun hər bir görüşü Azərbaycan jurnalistləri üçün bir nümunə, bir məktəb idi. İstər Azərbaycandan xarici ölkələrə gedərkən, xarici ölkələrdən Azərbaycana qayıdarkən tez-tez görüşlər keçirirdi”.

“Heydər Əliyev Azərbaycan mətbuatını da çox gözəl bilirdi. Yazılan yazılardan xəbəri vardı. Bilirdi ki, hansı jurnalist kimdi, hansı jurnalist necə yazır. Müşahidə qabiliyyəti iti olan adam idi. Təsəvvür edin ki, tikanlı mühakimələr zamanı jurnalistlərlə necə rəfatar edirdi. Hörmətlə yanaşırdı hər bir jurnalistə”-deyən Ə. Amaşov bildirir.

Ə.Amaşovun mərhum prezidentin ən yadında qalan ifadəsi azərbaycanlı olması ilə bağlı deyilmiş sözləridir: “Bu sözlər sanki hər bir azərbaycanlı tərəfindən deyilmiş ifadəyə çevrilib”.

Anar Rüstəmov
Aytən Əliyeva

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Britaniyada koronavirusun “Braziliya ştammı” aşkarlandı 1 mart 2021, 01:00 DİM bu gün “GRE: General Test” imtahanı keçirəcək 1 mart 2021, 00:54 “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat eləmək olar” - Serj Sarkisyan 1 mart 2021, 00:48 ÜST koronavirusla bağlı son statistikanı açıqladı 1 mart 2021, 00:36 Türk xüsusi qrupunun Ermənistana sızması barədə şayiələr təkzib edildi 1 mart 2021, 00:24 Gürcüstan hava sərhədlərini Azərbaycan vətəndaşları üçün açdı 1 mart 2021, 00:10 Gəncədə iki gənc qadın dəm qazından zəhərləndi 28 Fevral 2021, 23:55 Rusiya Müdafiə Nazirliyindən Qarabağ AÇIQLAMASI 28 Fevral 2021, 23:41 Tramp yeni partiya yaradır? 28 Fevral 2021, 23:30 Fransa Xocalı soyqırımını tanıyaraq mövqeyini yenidən balanslaşdıra bilər - “Atlantico” nəşri 28 Fevral 2021, 23:17 Gəncədə ev yandı 28 Fevral 2021, 23:03 “Stenford Bric”də qolsuz heç-heçə 28 Fevral 2021, 22:50 Öldürdüyü insanın ürəyindən yemək hazırladı - FOTO 28 Fevral 2021, 22:41 Samuxda iki nəfər bıçaqlandı 28 Fevral 2021, 22:28 Ermənilər mülki azərbaycanlıları bir-birilərinə bağlayıb, yandırıblar - VİDEO 28 Fevral 2021, 22:19 “Fənərbaxça” çətin səfərdən 3 xalla döndü 28 Fevral 2021, 22:08 Şirvanda maşın yandı 28 Fevral 2021, 21:59 Qarabağda döyüşən Fransa vətəndaşları barədə istintaq başlanıb 28 Fevral 2021, 21:48 İrandan 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası 28 Fevral 2021, 21:33 Şarl Mişel Gürcüstana gəldi 28 Fevral 2021, 21:19 Teledərslərin sabaha olan CƏDVƏLİ 28 Fevral 2021, 21:06 “Meyvəli” bazarında yanğın 28 Fevral 2021, 20:55 “Arsenal” səfərdə qalib gəldi 28 Fevral 2021, 20:40 Bərdədə ağır qəza - 2 ölü, 3 yaralı var - FOTO 28 Fevral 2021, 20:34 Paşinyan Sarkisyana qarşı: “Prezidentin qərarı anlaşılmazdır”   28 Fevral 2021, 20:25 Messinin “Barselona” ilə bağlı gələcək planları açıqlandı 28 Fevral 2021, 20:12 Müdafiə Nazirliyi Xocavəndin Çiraquz kəndinin videogörüntülərini yaydı 28 Fevral 2021, 20:01 Dələduzluqda ittiham olunan prokurorluq əməkdaşı hakim qarşısına çıxacaq 28 Fevral 2021, 18:10 Yəməndə partlayış: Ölən və yaralananlar var 28 Fevral 2021, 18:04 Yunanlar xəzinə axtarışına çıxdı 28 Fevral 2021, 17:51 Paşinyanın fraksiyası Prezidentə qarşı impiçment proseduruna başlayır 28 Fevral 2021, 17:40 Prezidentin mətbuat konfransı xarici ölkələrin mediasında geniş işıqlandırıldı 28 Fevral 2021, 17:30 Gürcüstanda sürücülər yanacağın balaşmasına etiraz etdi - Aksiya 28 Fevral 2021, 17:25 Saakaşvili Kutaisidəki etirazçılara dəstək verdi 28 Fevral 2021, 17:19 "Onların missiyası xəyanətdir" - Deputat "5-ci kalon"dan DANIŞDI 28 Fevral 2021, 17:02