Şəhidlərdən qalan əmanət: Uşaq evində böyüyən Səbuhinin heç nəyi olmayıb
Hər şəhidin arxasında bir xatirə, bir əmanət var. Kiminsə saatı, kiminsə yazdığı məktub, kiminsə övladlarına, ata-anasına aldığı ilk və ya son hədiyyəsi əmanət qalıb. Amma bəzən bir şəhidin ardından sadəcə onun dəfnində çəkilən son vidanın fotoları qalır. Uşaqlar evində böyüyən şəhid Səbuhi Əhmədov kimi.
Artıq bir müddətdir ki, Modern.az olaraq “Şəhidlərdən qalan əmanət” rubri...