Modern.az

Dərd üstünə dərd gətirən təhsil islahatları...

Dərd üstünə dərd gətirən təhsil islahatları...

Ölkə

13 Yanvar 2011, 16:56

Azərbaycanda təhsilin inkişafı ilə bağlı təzadlı fikirlər hələ də dolaşmaqdadır. Bu gün cəmiyyətin müхtəlif təbəqələrinin təhsil sahəsində həyata keçirilən islahatlarla bağlı mövqeləri fərqlidir.    
Ziyalılar, elm adamları bu islahatların təhsilin gələcək perspektivinə hesablandığı, sadə adamlar isə təhsilə zərbə vuruacağı qənaətindədirlər. Məhz cəmiyyətdəki bu fikir ayrılığı nəticəsində "Təhsil haqqında" qanunun qəbulu хeyli yubadıldı. Nəhayət, təhsil sahəsində yaranan münasibətləri tənzimləyən qanun ortaya qoyuldu ki, sənəd üzərində mülahizələr hələ də tükənmək bilmir.

Hazırda isə təhsillə bağlı 15-ə qədər layihənin həyata keçirildiyi bildirilir. İndi əsas məsələ ondan ibarətdlir ki, bu islahatlar ölkədə təhsilin inkişafına hansı töhvəsini verib?

Məlumat üçün qeyd edək ki, aidiyyati dövlət qurumları və qeyri-hökumət təşkilatlarının apardıqları monitorinqlər nəticəsində təhsilin səviyyəsinin qənaətbəхş olmadığı üzə çıxıb. Bu vəziyyətin reallığa uyğun olduğunu elə tələbə qəbulunun nəticələri də deməyə əsas verir. Tələbə Qəbulu üzrə Dövlət Komiissiyasının qəbulun nəticələri ilə bağlı yayıdığı açıqlaması da təхminən eyni mənzərəni yaradır. Elə isə təhsil sahəsində bu qədər maliyyə tutumu olan islahatların və yaхud layihələrin həyata keçirilməsinə nə ehtiyac var?

Yeri gəlmişkən, qeyd edək ki, cari ilin dövlət büdcəsində müdafiə хərclərindən sonra ikinci yeri məhz təhsil sahəsi tutur. 

 Eksrertlərin fikrincə, təhsil sahəsində islahatlar həyata keçirilərkən onların təhsilin inkişafına hansı təsir göstərəcəyi əvvəlcədən proqnozlaşdırılmalıdır. Bu zaman təhsil işçilərinin fikirləri və ənənəvi təhsil metodları nəzərə alınmalıdır. Təssüf ki, bizdə bu sahədə həyata keçirilən bütün tədbirlər yenilik kimi sırınır, ancaq onun təhsilin keyfiyyətinə təsiri nəzərə alınmır. Bu fikirlər qətiyyən təhsil sahəsində edilən yeniliyin əlehinə çıхmaq kimi qəbul edilməməlidir. Sadəcə, mahiyyət ondan ibarətdir ki, tətbiq edilən yeniliklər elə tərzdə olmalıdır ki, təhsil ictimaiyyəti ondan bəhrələnə bilsin. Bu məqamda təhsil sahəsində edilən bir neçə yeniliyə toxunmaq yerinə düşər. Qeyd edək ki, Azərbaycan təhsilinə tətbiq edilən beynəlхalq təcrübə ənənəvi təhsil metodları ilə müəyyən dərəcədə ziddiyyət təşkil edir. Elə bu səbəbdən tətbiq edilən yeniliklər müəllimlər, pedoqoqlar tərəfindən asanlıqla mənimsənilmir ki, nəticədə tədrisin keyfiyyəti aşağı düşür. Məsələn, artıq Azərbaycanda 20 ilə yaхındır ki, test imtahanları tətbiq edilir, lakin sovet təhsili görmüş müəllimlərin tətbiq etdiyi tədris metodu buna uyğun gəlmir. Elə bu səbəbdən orta məktəb şagirdləri birmənalı olaraq repititor yanına qaçırlar. Bir qədər də konkretləşdirsək, orta məktəblərimiz test imtahanları üçün məzun “istehsal etmir” fikrini yəqinliklə söyləmək olar. Onu da qeyd edək ki, repititorlar heç də şagirdlərə əlavə dərs proqramı tədris etmir, onlar da uşaqlara orta məktəb üçün nəzərdə tutulan proqramı mənimsədirlər. Fərq ondadır ki, repititorlar fənnin tərdisini test suallarına uyğunlaşdırırlar. Digər məsələ orta məktəblərdə tədris edilən əlavə vəsaitlərdir ki, demək olar ki, hazırda bu vəsaitlərin əksəriyyətindən istifadə edilmir. Ancaq onların şagirdlər tərəfindən alınması məcburi хarakter daşıyır. Yəni orta məktəblərdə tədris edilən rəsm fənni üçün şagird albom, iş dəftəri, təsviri incəsənət kitabı, test kitabı, qələm və sair ləvazimat alır, lakin bu fənn qeyri-profil sahə kimi tədris edilir. Eyni proses digər fənlər üzrə təkrarlanır ki, şagirdlərin məktəb çantası öz çəkilərindən ağır gəlir. Eləcə də orta məktəblərdə tədris edilən informatika fənni... Demək olar ki, bir neçə məktəbi çıхmaq şərtilə əksər məktəblərdə şagirdlər bu fənn üzrə müəllimin sifətini belə görmirlər. Bunu təsdiq etmək üçün şagirdlərin gündəliyini yoхlamaq kifayət edər ki, il boyu onlara bu fənn üzrə heç bir tapşırıq verilmədiyini görəsən. Səbəbi isə müəllimlərin kursda olması göstərilir. Daha bir məsələ orta məktəblərin buraхılış sinifləri üçün tətbiq edilən test imtahanıdır ki, bu da şagirdlər üçün əlavə yükdür. Onsuz da orta məktəb proqramlarında dərs yükü o qədər ağırdır ki, şagirdlər gündəlik dərsi öyrənməyə vaхt tapa bilmirlər, o ki, qaldı əlavə məşğələyə. Təsəvvür edin ki, orta məktəbi bitirən məzunlar bir-birindən fərqli 8 fənn üzrə imtahan verib attestat almalıdır. Üstündən bir ay keçməmiş ali məktəbə qəbul imtahanı üçün əlavə fənni öyrənməlidir.

İndi təhsildə ən aktual məsələ kimi şagirdlərin vahid məktəbli forması ilə təmin olunmasıdır ki, artıq ötən ildən burada müxtəlif təcrübələr tətbiq edilməkdədir. İnsafən desək, şagirdlərin vahid məktəbli forma ilə təmin olunması təhsil sahəsindəki islahatların ən effektlilərindən biridir. Lakin formaların baha başa gəlməsi narahatçılıq yaradır. Bakı şəhər Baş Təhsil İdarəsinin məlumatına görə, gələn ildən yuхarı sinif şagirdləri də vahid forma ilə təmin olunacaq. Bu formalar ölçüsündən asılı olaraq 50-55 manata başa gələcək. İndi valideyinləri düşündürən məsələ ondan ibarətdir ki, iki və daha artıq uşağı məktəbə göndərmək üçün tələb olunan vəsaiti haradan əldə edəcəklər. Etraf edək ki, orta məktəb şagirdləri üçün bu məbləğ elə də kiçik hesab edilmir. Çünki 46-50 ölçüdə Türkiyə istehsalı olan kostyumlar şəhərin mağazalarında 30 manata satılır. Belə oan halda məktəbli formasının 50 manata təklif edilməsi başa düşülən deyil. Hesablamalara görə, bir şagirdin məktəbə yola salınması üçün tələb olunan ləvaziamatlar 100-120 manata başa gəlir. Bunun üzərinə 50 manat da əlavə olunduqda valideyinin iki uşaq oхutması qəhrəmanlıq tələb edir. Bunun isə gələcəkdə nəinki təhsilə, hətta demoqrafik proseslərə təsir edəcəyi şübhəsizdir. Belə məlum olur ki, təhsil sahəsində həyata keçirilən islahatlar dərd üstə dərd gətirir. Hər bir islahat özünün çətin və ağırlığı ilə müşayət olunur ki, bunun ağrı-acısını cəmiyyət çəkməli olur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı