Modern.az

Bir manatlıq çay

Bir manatlıq çay

Ölkə

5 İyun 2013, 13:21

Əslində onun haqqında çoxdan yazmaq fikrim var idi. Həm həyatımızda, həm də talelərimizdə bir qədər oxşarlıq idi onu mənə maraqlı edən. Bir bacı, bir qardaş idilər. Həyat onları yaşlarının çox pis zamanında, valideyn sevgisinə daha cox ehtiyac duyduqları bir yaşda sınağa çəkmişdi. Böyük şəhərdə qayğıları ilə təkbaşına qalmışdılar. Butun dərdlər, qayğılar, problemlər o qızın üzərində idi.

Bütün günü işdə olardı, biz qonşular onu ancaq ya səhərlər - tezdən işə gedəndə ya da axşamlar işdən gələndə gorərdik. Cox zaman səhərlər mən də onunla yol yoldaşı olurdum. Hərdən axşamlar da rastlaşırdıq. Ya avtobusda, ya da kirayə yaşadığımız məhəllədə. Gözümdən bir məqam yayınmamışdı. Səhərlər nə qədər dalğın və yorğun olurdusa, axşamlar ağır işdən sonra evə döndüyündə üzü gülürdü. Özümü saxlaya bilmədim. Bir gün ondan səhərlər niyə kefsiz olduğunu soruşdum. Problemlərini saydı. Heç bir yerə, heç bir kəsə ümüdi olmadığını söylədi.

“Necə kefim olsun, bacı? Fikirləşirəm ki, bu günü yola verdik, səhər necə olacaq? Axı mən işləməsəm bizim nə kirayə pulumuz, nə corəyimiz, nə də geyinməyə paltarımız olar”...

Oz sualıma cavab əvəzinə eşitdiyim suallar qarşısında susmuşdum. Cunki soylədikləri gercək idi. Zatən deyiləcək bağqa sözüm də yox idi. Çünki həyatımız da, yaşam tərzimiz də az qala eyni idi...

Bu sohbətdən sonra onu bir muddət gormədim. Elə bildim xətrinə dəymişəm. “Bəlkə ona yersiz sual vermişəm”- deyə ozum-ozumu qınayırdım. Axır ki, qonşulardan eşitdim barəsində. Qonşular dedilər ayağı yanıb. İşdən gələndə qardaşı başı ağrıdığını deyib, o da təlaş icində kəklikotu qaynadıb ki, onun buğuna tutsun başını. Bəlkə ağrısı keçə. Tələsdiyindən qab cevrilib qaynanmış su ayağına tökülüb, yandırıb. Ancaq ən dəhşətlisi bu deyildi hələ. Qonşular deyirdi ki, ayağı yanıq halda səhər durub işə gedib. Yanıq yeri işdə ayaqqabısına yapışıb, gələndə ayağını soyuna bilmirmiş. Ağrıdan fəryadına dözmək olmurmuş.

İndi axsaya-axsaya işə gedir...

Bu hadisı mənə o qədər təsir etdi ki, indi mən ozum sanki onu gorməkdən qacırdım. Mənə elə gəlirdi ki, onu görsəm özümü saxlaya bilməyəcəm. Amma mən bu düşüncələrdə olarkən bundan betərini eşitdim...

Bir gun onu kucədə üzünün bir tərəfini sarğılı gördüm. Daha özümü saxlamayıb “indi canına nə ilə qəsd eləmisən”- soruşdum. Azca gulumsədi.
“Gulə bilmirəm üzüm ağrıyır”- dedi. Başına gələnləri soruşdum. Dedi ki, qardaşı tez-tez geyimlərini cirkləndirir. Qışda çöldə tez-tez paltar yuyub. Bəzən sacları yaş olub. Başına dəyən soyuqdu ki, indi canından çıxır.

Həmsohbətim başına gələnləri bu qədər sadə söyləməsinə baxmayaraq, bu dəfə də qonşular mənə məsələnin əsl mahiyyətini anlatdılar. Sən demə, soyuqdəymə başına çirklənmə veribmiş. Bir an əvvəl həkimə getməsə və həkim insaflı cıxıb gecə saatlarında ona dalbadal iynələr vurmasaydı, çirklənmədən ölə bilərmiş. Ən acınacaqlısı isə o idi ki, həyatda qalmağına ozunə gorə yox, qardaşına gorı şükür edirdi. Olsəydi, qardaşına kim baxardı?...

 Qardaşı tələbə idi. Bacısı ümid edirdi ki, böyuk adam olacaq. Oz həyatında olmayanlar qardaşına qismət olacaq. Onun da əzablarına son qoyulacaq. Ancaq çox zaman ümidlər ya özünü doğrultmur ya da ölü olur.

Kirayədə yaşayan insanlar kocəri quşlar kimidi. Bir muddət sonra oyrəndim ki, ev sahibi qiymətləri qaldırıb və o bacı-qardaş da olan - qalanlarını əllərinə götürüb başqa bir yuva axtarmağa gediblər.

Uzun illərdən bəri şəhərin muxtəlif yerlərində  yaşamağıma baxmayaraq gözüm həmişə onu axtarırdı. Maraqlı olan tək onun taleyi idi.

Bu gunlərdə hec gozlənilmədən kücədə getdiyim yerdə kiminsə məni cağırdığını eşitdim. Əvvəl fikir vermədim. Bu ölkədə eyni adı daşıyan adamlar o qədərdi ki...

İkinci dəfə gordum adımla bərabər “ay qonşu”- deyildi. Qəfil geri çevrildim və donub qaldım. O idi. Çoxdan hər yerdə gözüm onu axtarırdı. Çox solğun idi. Gözləri kədərli idi. Üzündə o qədər kədərli ifadə var idi ki, nə soruşacağımı bilmədim. Durub baxdım. Bu dəfə özü başladı. Dedi ki, bizim məhəllədən köçəndən sonra işləri yaxşı gedib. Qardaşı ilə əl-ələ verib ozlərinə kicicik bir yuva da duzəldiblər. Qardaşı işləyir. Hər şey yaxşı gedirmiş. Deyir öz həyatını ona qurban etdiyinə görə istəyirmiş onun həyatı yaxşı olsun. Bunun üçün əlindən gələni edib də. Qardaşını evləndirib və o gündən evdə artıq adama çevrilib.

Deyir “yadındadırmı məndən soruşurdun səhərlər niyə qəmgin oluram?. Cunki mən səhərləri həmişə “bu gun nə edəcəm” sualı ilə açırdım. Axşamlar isə gun ərzində işdə qazandığım pulları qardaşım ücun yeməyə, onun xoşladığı şirniyyatlara verib evə gələndə cox sevinirdim ki, bu gun onun ehtiyaclarını qarşılaya biləcəm. Və bu məni xoşbəxt edirdi”.

Danışdıqca qulaq asırdım. Və birdən “Niyə soruşmursan indi niyə beləyəm”- soylədi. Üzünə baxdım. Ehtiyatsız söz deyə biləcəyimdən cəkinirdim. “Bilirəm özün danışacaqsan”.

Danışdı da. Deyir bu qış çox soyuq keçdiyinə görə tez-tez xəstələnirmiş. Və belə günlərin birində çay içmək istəyir. Baxır ki, çay qurtarıb. Evdə olan qardaşına yaxınlıqdakı dükana getməyi xahiş edir. Qardaşı getmir.
“Mən o gecəni caysız da keçirərdim sonrakı hadisə olmasa. Cox halsız olduğum üçün gedib yerimə uzanmışdım ki, gördüm qardaşım arvadını çağırır ki, Üçay almışam, gəl dəmlə içəkÜ. Əvvəl qulaqlarıma inanmadım. Sonra eşitdiklərimi gözümlə də gördüm. Dünyam dağıldı. Axı mən buna layiq deyildim. Mən bütün həyatımı, gəncliyimi, gözlərimin nurunu və sağlamlığımı onun yolunda xərcləmişdim. Mən o bacıyam ki, gözümün nuru ilə qazandığım pulları torbalara doldurub hər axşam qardaşıma daşımışdım. O şirniyyat torbaları məhəllədə uşaqların dilində zərbi-məsələ cevrilmişdi. İndi qardaşım bir manatlıq çayı mənə coxmu gördü. Mən bunamı layiqəm? Bu suala cavab tapa bilmirəm”. 

Onun danışıqlarına sona qədər davam gətirə bilmədim. Bir qardaş ona ata-ana olan, şorək, təhsil verən, onu cəmiyyət icinə çıxardan bacısı üçün dünyada ən boyuk şərəfsizliyi etmişdi. Bilmirəm, bu əziyyətlər mənə də tanışdı deyəmi belə düşünürəm?

Necə gündü gözümün qarşısından o qızın axşamlar əlində torbalar sevinə-sevinə kirayə qaldıqları evə tərəf getdiyi anlar silinib getmir. Aradan uzun zaman kecsə də, mən o günləri unutmuram.

Dogurdanmı insanların mənəviyyatı bu qədər aşınıb? Bunun adı mənəviyyatsızlıq deyil, nədir bəs?
(ardı var)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı