Özünü güclə parkdakı skamyanın üstünə atdı. “Patttt” deyə çıxan sədən diksindi. Yorğunluqdan içi toy dəvətnamələri dolu sellafon torbanı kənara çəkmədən üstünə oturmuşdu. Hava dolu sellafonda kiçik bir dəlik açıldı. Əlini salıb dəvənamələrin arasındakı siyahını çıxartdı. Yazılmış adlar içərisində daha bir nəfərin adını tapıb üstünə xətt çəkdi. Artıq siyahı bitmək üzrəydi. Ayaqlarına baxdı.Yorğunluqdan şişmişdilər.Ayaqqabı ayaqlarını ağrıdırdı.Yadına uşaqlıq rəfiqəsi Xalidənin dediyi bir söz düsdü. “Ayaqlarını rahat uzadıb oturacağın tək bir gün var, o da öz toyun”.
Gülümsündü, üzərinə xöşbəxtlik hissinin verdiyi tərifedilməz bir rahatlıq çökdü. Siyahıya bir daha baxdı. Altı qara xətlə cızılmış bu adlar ona yaxın olan insanlar idi. Həyatında bu insanların BÖYÜK YERLƏRİ var idi. Hər birinin ömür tarixində xüsusi cizgiləri, əhəmiyyəti, hər birinin öz tarixçəsi...
Ələsgər müəllim... Onunla görüşməyi günün sonuna saxlamışdı. Sevimli müəllimi üçün çox darıxmışdı. “Həm onunla bol-bol görüşərəm, həm də dəvətnaməni verərəm” deyə düşünərək görüşmək üçün axşamüstü saat 5-də qəbul vaxtına yazılmışdı. Saata baxdı, beşin yarısı idi. Dincəlmək üçün bir az daha vaxtı var idi. Ələsgər müəllimlə ilk tanışlığını xatırladı. 10 il əvvələ dayanırdı bu tanışlığın tarixçəsi. O zaman Bakıya yeni gəlmişdi. Universitetə qəbul olunduğu üçün özünü dünyanın ən xoşbəxt insanı hesab edirdi.
“Qalx, nənə, çatdıq”. Atasın ona “nənə” deməsi çox xoşuna gəlirdi. Bu müraciətin arxasında böyük bir sevgi, hörmət və böyüklük hiss edirdi. Ən çox xoşuna gələn də elə bu böyüklük hissi idi. Bütün küçük uşaqlar kimi o da, bir an öncə böyümək istəyirdi. Artıq böyümüşdü.... Qatardan enib bir taksiyə mindilər. Atasinin 1 həftə əvvəldən gəlib kirayələdiyi evə girdilər. Kiçik, ama səliqəli bir ev idi.
Bakı ona böyuk bir əjdahanı xatırladırdı. Çox böyük və əzəmətli görünürdu ona hər sey. Hətta bu şəhərədə yaşayan insanlar belə, kənddə yaşayan insanlardan daha böyük görünürdü o zaman gözlərinə. Ancaq nə yazıq ki, illər sonra bunun belə olmadığını anlayacaqdı. Biləcəkdi ki, böyük şəhərdə yaşayan nə qədər cılız, manqurd, insanlıqdan üzaq olurmuş. Namusu yeyib, arı belinə atmış çox səviyyəsiz “böyük” insanlar görəcəkdi bu şəhərdə. Ancaq indi o, böyük şəhərin böyüklüyü qarşısında heyrətdən gözlərini böyütmüşdü.
“İndi dincəl nənə, sabah səni universitetə aparacam. Həm tanış olarsan, həm də yolu öyrənərsən”. Qəfil səsdən diksindi. “Yaxsi, qağa”.
O, atasına “qağa” deyə müracit edirdi. Səbəbini bimirdi, ancaq ağlı kəsəndən atasını belə çağırırdı.
Artıq universitetin 4-cü kursunda oxuyurdu. Böyük şəhərə alışmaq elə də asan olmadı. Anası, kəndi üçün darıxıb sabaha qədər ağladığı gecələr az olmamışdı. Ancaq böyük şəhər onu da böyütmüşdü. Hər şeyin göründüyü kimi olmadığını bilirdi. Heç kəsə etibar etməməyi də. İnsanlarla çox səmimi olmağın da sonradan başa böyük bəlalar açdığını, vicdansızlığın, rüşvəxorluğun, mənəvi dəyərlərin heç bir qiymətinin olmadığını anlayacaq qədər böyütmüşdü onu bu, böyük şəhər...
Təkcə Ələsgər müəllimə qarşı bütün bu böyük qadağaları unudurdu. Ona qarşı içində böyük bir heyranlıq var idi. Çünki Ələsgər müəllim başqa idi. Digər müəlllimlər kimi biliyə qiyməti pulla verənlərdən deyildi. Ədalətsizliyə də əsla göz yumduğunu görməmişdi. Böyük şəhərdə az-az rast gəlinən böyük bir insan idi, böyük insanlardan biri idi. Elə buna görə universiteti qurtarıb iş həyatına atıldıqdan sonra belə,0 onunla əlaqələri kəsməmişdi. İmkan olan kimi qrup yoldaşlarıynan birlikdə Ələsgər müəllimi mütləq ziyarətə gedirdilər. Çünki o, böyük bir insan idi. Və o, heç dəyişməyəcəkdi. Ona özündən daha çox inanırdı. Artıq 10 il keçmişdi bu tanışlığın üstündən. Ortada böyük bir dostluq var idi. Ələsgər müəllimin başına yığışıb tez-tez böyük problemlərdən danışır, cəmiyyəti böyük-böyük pisləyir, qurtuluş üçün böyük yol axtarırdılar. Gün getdikcə səviyyəsizləşən, namus, qeyrət, ar, vicdan, mədəniyyət kimi dəyərlərin kiçilib çilizlaşdığı bir ölkədə belə Böyük qalmağı bacardığı üçün müəlliminə böyük heyrətlə, gözlərini böyüdərək baxırdı. Bəli, o, BÖYÜK İNSAN idi...
Zaman sürətlə dəyişdi. Elə böyüklüklə kiçikliyin sərhədi də artıq yox oldu. Nə doğru, nə yanlış idi- bunu artıq heç kim müəyyən edə bilmirdı. Artıq səxsi ölçü meyarları işləyirdi böyük şəhərdə. Hər kəs öz addımını öz səxsi meyarlarıyla müəyyən edirdi.
Başqa ölçü meyarları çoxdan yox olmuşdu . Xalq, millət, vətən...
İndi böyuk müəllimi böyük bir nazirlikdə böyük bir şöbənin müdiri idi. 2 illik xarici təhsilin arxasından o da vətəninə dönmüşdü. Artıq Bakı ona 10 il əvvəl kənddən şəhərə gəldiyində göründüyü kimi böyük görünmürdü. Bakı və onun insanları onun Avropada gördüyü şəhər və insanlardan çox fərqlənirdi. Onsuz da Avropaya getmədən hər ikisi – şəhərlər və insanlar onun üçün böyüklüyünü böyük bir məğlubiyyətlə itirmişdilər. Xaricə gediş-dönüş isə onun içindəki bu böyük boşluğu daha da böyütmüşdu.
Gəldiyi 6 ay ərzində Ələsgər müəllimlə heç görüşməmişdi. Görəcək o qədər cox iş var idi ki. 2 illik Baki yoxluğu onun bütün işlərini alt-ust etmişdi. “Həm də necə olsa, gedecək səbəbim var” deyə, ertəliyrdi bu görüşü hər zaman. “Niyə iki dəfə adamı narahat edim” deyə düşünürdu. Axı, müəllimi böyük işlərlə məşğul idi
“O gün, bu gündür” deyə düşünmüşdü.
Ələsgər müəllimin “məni unutmusan, 6 aydır Bakıdasan, bir dəfə olsun gəlib halımı xəbər almırsan, elə bir telefon zengiylə kifayətlənirsən” kimi tənələrindən sonra katibəsinə zəng edib, saat beşə randevu aldı. “Həm adamı işindən etmiş olmaram, həm də bol-bol danışarıq” deyə görüşü iş saatının sonuna təyin etmişdi.
Ağır-ağır pilləkənləri qalxdı. Katibə onu görən kimi telefona sarıldı- “Ələsgər müəllim, gəldi deyə” dodaqlarını büzə-büzə xəbər verdi. Ələsgər müəllimin onu bu qədər səbirsizliklə gözləməsi çox xoşuna gəldi “Böyük dostlar belə olur” deyə düşündü. Axı, onlar gerçəkdən böyük sınaqlardan keçmiş böyük dostlar idilər...
Qapının dəstəyinə əlini uzatmamış qapı açıldı. “Buyur, Şəhla, buyur”. Havada asılı qalan əlini Ələsgər müəllim bir anda havada tutub dodaqlarına apardı. Ələsgər müəllimin əlllərində gəzən isti dodaqları onu diksindirdi. Tez elini çəkdi.
- Necəsiniz? Çoxdandir sizi görmürəm. Hər şey yolundadır inşallah. Cəmiyyət, millət, Vətən.... Bilirsiniz də 2 ildir yoxam burda. Yenə eyni gündədirlər?
Arxa-arxaya sıraladığı sualllar həyəcanını örtmək üçün yetərli gəlmədi. Otağa girəndə sanki otaqda bir dəyişiklik olduğunu hiss etdi. Otağın aurası çox ağır gəldi ona. Nə olduğunu anlaya bilmədi. Ancaq anlamadığı bu dəyişiklik, onu bir az qorxutdu. 2 il oncə Ələsgər müəllimin ad gününu təbrik üçün dostlarıynan gəldiyi otaqdan çox fərqlənirdi. Ancaq nə...
“Boş ver cəmiyyəti, insanı gör neçə ildir səni görmürəm”.
Bir anda özünü Ələsgər müəllimin qolları arasında gördü. “Sənin üçün çox darıxmışam”. Ələsgər müəllimin əlləri onun saçlarında gəzirdi. Əllərini yalayan isti dodaqların istiliyini qulaqlarında, üzündə hiss etdi. Böyük bir qüvvə ilə müəllimini itələdi... Mənzərə qarşısında şokdaydı. Qarşısındakı insan heyranı olduğu, inandığı insan... Dondu. Getsinmi, qalsınmı qərar verə bilmədi. Aciz qalmışdı. Gözlərini döyə-döyə baxırdı...
Müəllimi özünü heç o yerə qoymadı. “Xos gəldin, Şəhla, sən gedəndən sonra bütün dostların etibarsız çıxdı. Heç kim artıq mənimlə görüşməyə gəlmir”. Əllərini saçlarına çəkə-çəkı gəlib üzbəüz stolda oturdu. “Otur. Hamısı etibarsız çıxdı, məni burda tək buraxdılar”.
Şəhla 3-cü sinif uşağı kimi günahkar-günahkar stolu çəkib oturdu.
Müəllim əlini uzadıb telefon dəstəyini qaldırdı.
- Bir sey içmək istəyirsın?”
- Xeyr, xeyr...
Dodaqlarının quruduğunu hiss etdi.
Ələsgər müəllim isə “kimsə məni narahat etməsin, telefon-filan, heç nə istəmirəm” deyib yerinə qoydu.
- Sən necəsən? Haralardasan?
- Mən....
- Sən çox gözəlsən. Xaricdə yaşamaq səni daha da gözəlləşdirib.
Şəhlanın cavabını gözləmədən müəllimi danışmağa başladı.
Boğazı get-gedə daha çox quruyurdu. Ağzını açmağa macal tapmamış Ələsgər müəllim bir göz qırpımında keçib onun oturduğu skamyanını kənarına oturdu. Əllərini bir anda Ələsgər müəllimin əllərinin içində, ovcunda gördü. Göz qırpımında müəllimi onu özünə doğru çəkdi. Üzündə gəzən dodaqlar yavas-yavas aşağı enməyə başladı. Müəllimi onu vəhşicəsinə öpürdü... Ehtirasla, şəhvətlə...
- Mən sənı çox sevirəm. Mən səni... Neçə ildir sevirəm... Sən çox gozəlsən. Sən, sən ...
Vücudu titrədi, nə zaman sıçrayıb kabinetin ortasında durduğunu anlamadı. Var-gücüynən itələyib özündən ayırmağa çalışdığı müəlliminə baxdı. Kabinetin qapısındaydı artıq. Dönüb otaga baxdı...
Əlindən düşən toy dəvətnaməsinə baxan Ələsgər müəllim... “Böyük insan” ....
Qapını var-gücüylə çırpıb getdi. Qulaqlarında Ələsgər müəllimin son sözləri guruldayırdı: “Sən mənə toy dəvətnaməsi gətirmisən...? Axı mən səni...”