Modern.az

Vətəndaşların bankdakı pulu xeyli artıb

Vətəndaşların bankdakı pulu xeyli artıb

Ölkə

Bu gün, 10:02

Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi artıb.

Modern.az -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2026-cı il mayın 1-i vəziyyətinə ölkənin bank və digər kredit təşkilatlarında fiziki şəxslərin əmanətlərinin milli valyuta ekvivalentində məbləği 17 milyard 641,9 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz artıb.

Hesabatda qeyd olunub ki, eyni tarixə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 32 milyard 631,8 milyon manata çatıb. Onun 26 milyard 644,8 milyon manatı uzunmüddətli kreditlərin payına düşüb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği isə ümumi kredit portfelinin 1,9 faizini təşkil edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!