Bir gün ərzində 31 nəfərimizi itirdik...
Dəhşətli faciədir. Həqiqətən dənizlə zarafat etmək olmaz.
Faciənin ağrılarını sözlə ifadə etmək mümkün olmasa da, bu faciə bizə sanki dərs oldu. SOCAR - a çevrilən Azərbaycan Respublikası Dövlət Neft Şirkətində günah axtaran da oldu, yersiz yerə bu şirkəti müdafiə edəndə. Hər halda hadisənin qarşısı alınsa da, o itkilərimiz elə bil olmalı imiş...
Bəlkədə, o da Allahın işiydi. Bilmirəm...
Qəflətən hava dəyişir. Güclü külək, çovğun başlayır. Sonrası isə bəllidir...
Elə bil hava bizə sərt üzünü göstərdi. Sanki ona etdiyimiz qəsdlərin heyfini çıxarmaq istəyirdi bir gündə.
31 nəfərin ölümü kimi, 32 nəfərin xilas edilməsi bəlkə də möcüzəydi. Mən möcüzəyə inanıram. Bu hadisədə sonra lap çox inandım.

***
İkinci dünya müharibəsi illərində qonşum Həcər arvadın əridə döyüşə yollanmışdı. Əlikişi bir müddət Mozdok yaxınlığında hazırlıq keçəndən sonra bir başa ön cəbhəyə yollanır. Kiyev yaxınlığında döyüşlərdə iştirak edir və yaralanır. Onadək Əlikişi evlərinə daim üçkünc əsgər məktubu göndərir və hər dəfə sağ və salamat olmasını, arvad-uşağının sağ və salamat olmasını o bir Allahdan həmişə arzu edir.
Bu dəfə isə belə olmadı. Ayda bir dəfə də olsa məktub alan ailəsi ikinci ay məktub əvəzinə Əlikişinin “qarakağızını” alır. Bütün kənd yığışır Həcər arvadgilə. BIr az ağlaşıb, hətta nöhə deyib, sonra da dərdləşib dağılışdılar.
Beləcə, bu proses on günə yaxın davam etdi. Amma Həcər arvad ərinin ölümünə inanmırdı. Qonşuları ona təkidlə, ay Həcər qardaşında imkanlıdır, de sənə kömək eləsin, ehsan ver, halva çal ərinə, belə olmaz axı...
İki ay keçir Həcər arvad nə əyninə qara paltar geyinir, nədə ki, kənd ağbirçəklərinin sözünə baxır. Vaxtlı-vaxtında hətta saçına həna qoyan Həcəri qınayanlarda tapıldı. Onun yeni bir eşqə düşməsini, qızı gimrikləşən kimi hətta ərə gedəcəyini proqnoz edənlərdə tapıldı.
Hər axşam bir evə yığışan kənd arvadları Hitlerə qarşı kəskin ifadələr işlətməklə, Həcər haqqında ciddi fikir mübadiləsi də edirdilər.
Bütün bu məclisləri qəbul etməyən Həcər oralarda iştirak etməz, fikri - zikri qızına bir parça çörək qazanmaq idi. Odur ki, canı dilədn, bəlkə də beş nəfərin yerinə çalışırdı ki, əvəzində bir “meşok” taxıl ala bilsin. Hələ yay üzünü başağa getməyi demirəm. O ayrı bir, özü demişkən“estoriya” idi.
Qısası, Həcər ərinin ölmədiyinə yüz faiz əmin idi. Və hər yerdə də onun tezliklə gələcəyini deyirdi.
Maraqlıyd ki, bəzi ağzıgöyçəklər onun havalandığını dilə gətrimişdilər.
Amma bu yarlığı Həcərin adına “pərçim” edə bilmədilər.
Çünki Həcər o arvadları yazılması mümkün olmayan söz və ifadələrlə yerlərində otuzdura bildi. Ona da Həcər deyərdilər...
Həcər səkkizinci ay idi ki, ərindən məktub almırdı. Hər axşam ALLAHA yalvarmaqdan yorulmurdu. Saatlara davam edən bu yalvarışdan birdə ayılırdı ki, səhər açılıb...
Amma möcüzə baş verdi...
Səkkiz aydan sonra Əlikişi kəndinə gəlib çıxa bilmişdi. Döyüşdə bir ayağını itirsə də çox gümrah görsənirdi...
Əri gələndə Həcər qızıyla bərabər başağa getmişdi. Orda ona hay gəldi ki, bəs Əlikişi gəlib, evdədi.
Ayaq yalın başı açıq iki kilometrlik yolu necə qaçmışdışa onda ayıldı ki, evdə ərinin qarşısında dayanıb. Görüşü təsvir etmək çətindi...
İnsanın belə anlarda hansı hissləri yaşamasını başa düşmək üçün gərək onu yaşayasan...
Allahın Həcərə və qızına rəhmi gəlmişdi. Əlikişini sağ salamat ailəsinə qovuşdurmuşdu.
***
Kaş ki, yetmiş ildən sonra, Xəzər dənizində itgin düşənlərdə məhz möcüzə nəticəsində sağ salamat ailələrinə qayıdaydılar...
Kaş ki, möcüzə baş verəydi - 31 nəfər ailələrinə, biz isə doğma Ağdamımıza, doğma Qarabağımıza qayıda biləydik.
Kaş ki...