Modern.az

Sahibə Qafarova Bakı konfransından DANIŞDI

Sahibə Qafarova Bakı konfransından DANIŞDI

Parlament

8 İyul 2022, 11:12

"Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında sədrlik Azərbaycana keçdi. Mənə Milli Məclisin sədri kimi bu yüksək etimadın göstərilməsi dövlətimizin beynəlxalq aləmdə qazandığı nüfuzun nəticəsi kimi qiymətləndirilməlidir". 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında parlament sədri Sahibə Qafarova deyib. Sədr ötən həftə keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı haqqında məlumat verib: 

 

"Tədbirdə dünya ölkələrinin 50-yə yaxın parlament nümayəndə heyəti, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri, 15 ölkənin parlament sədri qatılmışdı. Bakı konfransı başa çatdıqdan sonra iştirakçılar azad edilmiş əraziləri, Şuşa şəhərini ziyarət etdilər. Onlara viran qoyulmuş ərazilər, abidələr haqqında məlumat verildi, quruculuq işləri ilə tanış oldular. Qoşulmama hərəkatının Bakı konfransı qarşıya qoyduğu məqsədlərə nail oldu".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıya dil uzadan Saral payını aldı - Ərdoğan niyə indi onu qovdu?