Modern.az

Türkiyə ilə ticarət dövriyyəsi 15 milyard dollar olacaq

Türkiyə ilə ticarət dövriyyəsi 15 milyard dollar olacaq

Parlament

21 Aprel 2026, 11:40

“Qardaş Türkiyə Azərbaycanın əsas strateji tərəfdaş dövlətlərindədir. 2025-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 5 milyard 720 milyon dollar olub. Türkiyə ilə qarşılıqlı ticarətdə Azərbaycan 1 milyard 34 milyon dollarlıq müsbət saldoya malikdir. Göründüyü kimi, iki ölkə arasında ticarət dövriyyəsi kifayət qədər böyük rəqəmlə ifadə olunur. Hədəf isə Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır”.

Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov bildirib. 

Deputat qeyd edib ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin 11.6 faizi Türkiyənin payına düşür. 
“Bu İtaliyadan sonra Türkiyənin ikinci ən böyük ticarət tərəfdaşı olması deməkdir. Qardaş dövlət Azərbaycan ixracatında da 13.5 faizlə ikinci ən böyük tərəfdaşdır, Azərbaycanın qeyri neft-qaz ixracının 16.5 faizi Türkiyənin payına düşür. Bu ticarətdə də Türkiyə ikinci ən böyük tərəfdaşdır”. 

“İqtisadi münasibətlər yalnız ticari əlaqələrdə deyil, həmçinin qarşılıqlı sərmayə qoyluşlarında da özünü göstərməkədir. İndiyədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 milyard dollar sərmayə yönəldib” – sonda o qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!