Modern.az

Belçika və Niderland deputatları savadsızdır - Erkin Qədirli

Belçika və Niderland deputatları savadsızdır - Erkin Qədirli

Parlament

Bu gün, 11:55

Belçika və Niderlandın deputatlarında siyasi savadsızlıq var. 


Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Erkin Qədirli bildirib. 

Deputat qeyd edib ki, Belçika və Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olaraq nümayəndə heyətlərinin tərkibində, həmçinin də bu ölkələrə tək səfərləri olub. Həm regional parlamentlərdə, həm federal parlamentlərdə, eləcə də AŞPA-da onların deputatları ilə sıx ünsiyyətdə olub.

“Hər zaman istər iqtidar, istərsə də müxalifət tərəfindən eyni ünsiyyət və eyni münasibətin şahidi olmuşuq. Bu qətnamə də yekdilliklə qəbul edildi. Bu fakt özü-özlüyündə müəyyən məqamları ortaya qoyur. Məsələnin daha dərin qatları var, lakin onlara çox da toxunmadan, üzdə olan səbəbləri ümumi bir şüur çərçivəsində dəyərləndirmək mümkündür. Bu, Azərbaycana qarşı qərəzli münasibətin terminologiya və anlayışların qarışdırılması ilə açıq şəkildə özünü göstərdiyini nümayiş etdirir”.


E. Qədirli vurğulayıb ki, hazırda Azərbaycanda barələrində hələ qanuni qüvvəyə minmiş hökm olmasa da, birinci instansiya məhkəməsinin qərarı olan şəxslər var və proses hüquqi qaydada davam edir. Lakin həmin separatçı və terrorçu erməni şəxslər bəzi hallarda “siyasi məhbus”, digər hallarda isə “müharibə əsiri” kimi təqdim olunur.
“Bəzi qətnamələrdə isə bu anlayışların qarışdırıldığını görürük, eyni sənəd daxilində bir yerdə “müharibə əsiri”, digər yerdə isə fərqli terminlərdən istifadə olunur”.


O qeyd edib ki, hüquqi baxımdan bu, ilk növbədə, həmin yanaşmanın qeyri-peşəkar və hüquqi əsaslardan uzaq olduğunu göstərir. Çünki bu anlayışların heç biri hazırda Azərbaycanda saxlanılan həmin şəxslərə aid edilə bilməz.
“Söhbət konkret cinayətlər törətmiş və bu səbəbdən ittiham olunan şəxslərdən gedir. Digər tərəfdən, ərazi bütövlüyü və suverenlik məsələsi də burada əsas yer tutur. Heç vaxt müşahidə etməmişik ki, Azərbaycanın əraziləri işğal altında olduğu dövrdə, ərazi bütövlüyümüzün və sərhədlərimizin müdafiəsi kontekstində ermənilərin mədəni irsi məsələsi bu şəkildə qabardılsın” – o vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?