Modern.az

Niderland və Belçika Aİ-nin maraqlarına zidd gedir

Niderland və Belçika Aİ-nin maraqlarına zidd gedir

Parlament

Bu gün, 12:04

“Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti sayəsində formalaşan Orta Dəhliz bu gün qlobal geosiyasi gərginliklərin dərinləşdiyi bir dövrdə Avropa ilə Asiyanı birləşdirən ən təhlükəsiz və səmərəli nəqliyyat marşrutlarından biri kimi strateji əhəmiyyətini daha da artırmışdır. Bu dəhliz artıq təkcə iqtisadi layihə deyil, həm də sabitliyin, əməkdaşlığın və təhlükəsizliyin təminatına çevrilmiş mühüm geosiyasi fürsətdir”.

Bunu Modern.az-a açıqlamasında deputat Azər Badamov bildirib. 

Deputat qeyd edib ki, Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kosun Avropa Parlamentinin Xarici İşlər Komitəsində çıxışı da bu reallığın açıq təsdiqidir. 

“O, açıq şəkildə bəyan etmişdir ki, mövcud şəraitdə şimal və cənub istiqamətlərində ticarət yolları faktiki olaraq məhdudlaşıb və alternativ kimi ən optimal seçim məhz Orta Dəhlizdir. Bu dəhliz təsadüfi olaraq “sülh dəhlizi” adlandırılmır. Çünki onun inkişafı birbaşa olaraq regionda, xüsusilə Bakı ilə İrəvan arasında sülhün təmin olunması ilə bağlıdır və Avropa İttifaqı bu prosesi dəstəklədiyini açıq şəkildə bildirir”.

Azər Badamov qeyd edib ki, bununla belə bütün bu aydın və obyektiv reallıqlara baxmayaraq, 16 aprel tarixində Niderland və Belçika parlamentlərində Azərbaycana qarşı qəbul edilən qətnamələr nə siyasi məntiqə, nə də Avropa İttifaqının strateji maraqlarına uyğun gəlir:

"Bu addımlar açıq şəkildə regionda formalaşan sülh gündəliyinə qarşı yönəlmiş destruktiv mövqedir.Diqqət çəkən məqam ondan ibarətdir ki, hər iki ölkədə eyni gündə və oxşar məzmunlu müzakirələrin aparılması və qərarların qəbul edilməsi bu proseslərin təsadüfi olmadığını deməyə əsas verir. Bu isə həmin sənədlərin obyektiv reallıqlardan deyil, siyasi sifarişlərdən qaynaqlandığını göstərir. Tarixləri neokolonial siyasətlə ləkələnmiş bəzi ölkələrin nümayəndələri bu gün Azərbaycana qarşı “ədalət” və “hüquq” ritorikası ilə çıxış etməyə heç mənəvi haqqı çatmır. Öz tarixində ciddi hüquq pozuntularına yol vermiş bu ölkələrin nümayəndələrinin  başqa bir suverən dövlətin daxili işlərinə qarışması açıq şəkildə beynəlxalq hüququn prinsiplərinin pozulmasıdır.
Bu cür yanaşmalar nə regionda sülhə xidmət edir, nə də beynəlxalq münasibətlərdə etimadı gücləndirir. Əksinə, onlar gərginliyi artırır və real sülh prosesinə mane olur. Azərbaycan isə öz mövqeyində qətidir, biz sülhün, sabitliyin və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın tərəfdarıyıq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?