Modern.az

Bu uşaqlara aliment və sənəd almaqda köməklik edilib - RƏQƏM

Bu uşaqlara aliment və sənəd almaqda köməklik edilib - RƏQƏM

Parlament

Bu gün, 09:40

Azərbaycanda insan alveri qurbanlarının uşaqlarına aliment və sənəd almaqda kömək edilib.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında qeyd olunub.

Belə ki, Azərbaycanda müəyyən edilmiş insan alveri qurbanlarının uşaqlarından 11 nəfəri tədris ləvazimatları ilə təmin olunub, 5 nəfər məktəbəqədər təhsil proqramına cəlb edilib.

Hesabatda qeyd olunub ki, 11 uşağa doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsinin alınmasında, 8 uşağın isə alimentlə təmin olunmasında köməklik göstərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV