Modern.az

Rəşad Sadıqovun qiyməti açıqlandı

Rəşad Sadıqovun qiyməti açıqlandı

Təhsil

21 Aprel 2011, 17:01

Azərbaycan mill futbol komandanın kapitanı Rəşad Sadıqovun transfer qiyməti açıqlanıb. Almaniyanın transfer qiymətlərin müəyyənləşdirilməsilə ixtisaslaşmış “Transfermarket” şirkəti Azərbaycanın 36 idmançısının futbol bazarındakı dəyəri barədə açıqlama verib.
Modern.az Supersport.az-a istinadən bildirir ki, ölkəmizin ən bahalı futbolçusu milli komandanın kapitanı, "Qarabağ"ın aparıcı oyunçusu Rəşad Sadıqovdur. Onun futbol bazarında qiyməti 1 milyon avro təşkil edir.
Milli komandamızın üzvlərindən başqa U-21-də forma geyən futbolçuların adları da bu siyahıda yer alıb. Siyahıya düşənlər arasında Bakının "Abşeron" klubunun 3 üzvü də var. Komandanın əsas oyunçularından Fərrux Rəhimov “Transfermarket”in hesablamalarına görə 125 min, klubda icarə əsasında çıxış edən Eşqin Quliyev 100 min və Osman Umarov 50 min avro dəyərində qiymətləndiriliblər. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı