Modern.az

Ramil Usubov Gəncədə 8 bölgənin şikayətçilərini qəbul edəcək

Ramil Usubov Gəncədə 8 bölgənin şikayətçilərini qəbul edəcək

Təhsil

25 Aprel 2011, 19:23

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən cari ilin may ayının 5-də Gəncə  şəhərində daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu keçiriləcək. Bu barədə Modern.az-a DİN mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, R.Usubov bu dəfə Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Qazax sakinlərini qəbul edəcək.
Vətəndaşların qəbulu siyahıda birinci göstərilən şəhər polis şöbəsində keçiriləcək. Qəbul saat 11:00-da başlayacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!