Modern.az

Azərbaycanın Serbiyadakı səfirliyinin açılışı olub (FOTOLAR)

Azərbaycanın Serbiyadakı səfirliyinin açılışı olub (FOTOLAR)

Təhsil

9 İyun 2011, 10:49

Prezident İlham Əliyev iyunun 8-də Azərbaycanın Serbiyadakı səfirliyinin açılışında iştirak edib.
Dövlət başçısı səfirliyin açılışını bildirən rəmzi lenti kəsib.
Prezident İlham Əliyev səfirliyin binasında yaradılmış şəraitlə tanış olub.
Ölkə başçısına məlumat verilib ki, burada səfirliyin əməkdaşlarının iş şəraiti üçün hər cür imkanlar yaradılıb. Səfirliyin binasının bütün otaqları müasir avadanlıqlarla təchiz olunub.
Dövlət başçısı səfirliyin əməkdaşları və Serbiya ictimaiyyəti qarşısında çıxış edib, onlarla xatirə şəkli çəkdirib.
Modern.az xəbər verir ki, Azərbaycanın Serbiya Respublikasındakı səfiri ölkəmizin Rumıniyadakı diplomatik korpusuna rəhbərlik edən Eldar Həsənovdur. 





Sizə yeni x var
Keçid et
Rusiya üçün ağır itki - Şok ölüm xəbəri yayıldı