Modern.az

Çempionlar Liqasında gözlənilməz nəticələr

Çempionlar Liqasında gözlənilməz nəticələr

Təhsil

17 Mart 2010, 11:02

Dünən UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarınnda gğzlənilməz nəticələr qeydə alınıb. İngiltərənin “Çelsi” klubu öz meydanında İtaliya “İnter”inin müqavimətini qıra bilməyib.
Belə ki, “Çelsi” öz meydanında “İnter”ə 0:1 hesabı ilə məğlub olub. Oyunda vurulan yeganə qolun müəllifi “İnter”li Samuel Eto olub. Bu klublar arasında Milanda keçirilən ilk oyun “İnter”in 2:1 hesablı qələbəsi ilə nəticələnmişdi. Beləliklə, İtaliya klubu iki oyunun nəticəsinə görə 1/4 finala vəsiqə qazanıb.

Rusiyanın ÇSKA klubu isə İspaniyada “Sevilya” ilə qarşılaşıb. Gözlənilənin əksinə ruslar 2-1 hesabı ilə qalib gəliblər. Oyunda Tomaş Netsidin 39-cü dəqiqədə vurduğu qolla rusiyalılar irəli çıxıblar. İki dəqiqə sonra Diyeqo Perotti “Sevilya”nın bərabərlik qolunu vurub. 55-ci dəqiqədə isə Keysuke Honda ÇSKA-ya qələbə gətirən qolu vurub .
Bu klublar arasında Moskvada keçirilən ilk qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı. Səfərdəki qələbə ÇSKA-nı Çempionlar Liqasının növbəti mərhələsinə çıxarıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı