Martın 17-də Azərbaycan Media Mərkəzində “Borçalı” Cəmiyyətinin fəaliyyət proqramına həsr olunmuş tədbir keçirilib. Modern.az xəbər verir ki, “Borçalı” Cəmiyyəti İdarə Heyyətinin üzvü Zahir Solay bildirib ki, cəmiyyətin əsas məqsədi Gürcustanda gedən siyasi-iqtisadi problemləri izləmək, orada yaşayan soydaşlarımıza mənəvi, hüquqi yardımlar göstərməkdir.
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib ki, təşkilatın xüsusi proqramı var, onun hazırlanmasında elm adamları, yüksək ixtisaslı mütəxəsislər iştirak edib. Z.Məmmədlinin sözlərinə görə, hazırda “Borçalı” Cəmiyyəti öz ətrafında 300 min soydaşımız birləşib: “Biz maksimim çalışırıq ki, Borçalıdakı Azərbaycan elitasını bir yerə yığaq”. Z.Məmmədli deyib ki, “Borçalı”nın taktiki və strateji hədəfləri gələcəkdə Gurcüstanda yaşayan azərbaycanlıların iqtisqdi durumunun yaxşılaşdırılmasına nail olmaqdır.
Bundan başqa, cəmiyyəy Gürcüstanda fəaliyyət göstərən Azərbaycan-türk dilli ümumtəhsil məktəblərində təhsil prosesinin təkmilləşdirilməsinə, həmin məktəblərin sayının çoxalmasına, milli təhsil sektorunun gucləndirilməsinə yönəlik işlər də görməyi düşünür.
Z.Məmmədli deyib ki, Gürcüstandakı Azərbaycan toponimlərilə bağlı prezident Mixail Saakaşviliyə müraciət edilib, amma indiyə kimi cavab alınmayıb.
“Borçalı” Cəmiyyətinin üzvləri sabah Gürcüstana gedəcək, orada bir neçə gün bayram tədbiri keçirəcək. Tədbirlərin martın 20-də Dmanisi və Qardabanidə, martın 21-də Bolnisi rayonun Faxralı, Qardabani rayonunun Kosalı kəndilərində keçirilməsi nəzərdə tutulur. Mail