Modern.az

"Kurtlar Vadisi" serialının qəhrəmanları Azırbaycana gəliblər

"Kurtlar Vadisi" serialının qəhrəmanları Azırbaycana gəliblər

Təhsil

17 Mart 2010, 22:44

Azərbaycanda böyük maraqla izlənən Türkiyənin “Kurtlar Vadisi” serialının qəhrəmanları martın 17-də Bakıya gəlib. Filmdə Kənan Çoban (Abdülhey), Osman Vöber (Tuncay Kantarcı), Erhan Ufak (Güllü Erhan) və Polad Alemdarın sürücüsü Cahid obrazını canlandıran aktyorlar hava limanında jurnalistlərin suallarını cavablandırıb. İlk dəfə Azərbaycana gəldiyini bildirən Kənan Çoban Bakıda olduğundan məmnunluğunu bildirib.

Filmin türk dövlətlərindən və türkərin problemlərindən geniş bəhs etdiyini bildirən Osman Vöber qardaş ölkəyə səfər etmələrinin əhəmiyyətini qeyd edib. Serialın istehsalçısı "Panafilm" şirkətinin “Kurtlar Vadisi – Qarabağ” filmini çəkəcəyi ilə bağlı sualın cavabında Erhan Ufak bunu istisna etməsə də, hazırkı səfərlərinin tanışlıq və gəzinti məqsədi ilə olduğunu bildirib.

Necati Şaşmaz (Polad Alemdar) isə Bakıya filmin digər iştirakçılarından ayrı səfər edib.. Verilən məlumatlara görə, serial qəhrəmanları 3 gün Qəbələdəki istirahət mərkəzində dincələcəklər.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir