Modern.az

ABŞ ermənilərin deportasiya olunmasını dəstəkləyir

ABŞ ermənilərin deportasiya olunmasını dəstəkləyir

Təhsil

18 Mart 2010, 10:58

ABŞ dövlət katibinin müavini  Filip Qordon Türkiyədə qanunsuz yaşayan 100 min erməninin ölkə ərazisindən deportasiya olunması barədə baş nazir Rəcəb Tayyib Ərdoğanın verdiyi bəyanata  dəstək verib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Vaşinqtonda keçirdiyi ənənəvi brifinqdə Qordon  bu məsələyə də toxunub.  “Ərdoğan ölkəsində qanunsuz yaşayan 100 min erməninin olduğunu söylədi. Onları  deportasiya etməklə təhdid etdiyini düşünmürəm. Bu məsələ başqa mövzudur. Hər ölkədə qanunsuz  yaşayan miqrant problemi var. Hər bir ölkə öz qanunlarına müvafiq olaraq bu problemləri həll edir. Bu məsələnin Nümayəndələr palatası və ya ABŞ-dakı hər hansı bir səsvermə ilə əlaqəsi yoxdur. ABŞ Konqresinin fəaliyyətləri ilə bunun arasında bağlantı qurmayın”,-deyə Qordon bildirib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir