Modern.az

Ərdoğan: “Qarabağ üçün barış, ədalət və dinclik istəyirik”

Ərdoğan: “Qarabağ üçün barış, ədalət və dinclik istəyirik”

Təhsil

18 Mart 2010, 17:57

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Çanakkala 18 Mart şəhidləri anma günü və Çanakkala Dəniz Zəfərinin 95-cü ildönümü münasibətilə keçirilən mərasimlərə qatılıb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan mərasimdəki çıxışında qondarma “erməni genosidi” iddialarına qucaq açan dünya parlamentlərinə mesaj ünvanlayıb. “Biz Çanakkala ruhunu özümüzə rəhbər etmiş bir millətik. Xüsusi olaraq qeyd etmək istəyirəm, bu ölkənin Mehmetciyi nə qədər  tarixə sığmayacaq  dərəcədə  böyüksə, bu ölkənin tarixi də  təmizdir, əzizdir, şanlıdır, günəş qədər parlaq bir həqiqətdir”,-deyə Ərdoğan bəyan edib. Baş nazir daha sonra deyib: 

“Türkiyəni soyqırımla mühakimə etmək istəyənlər bilsinlər, Türkiyə bütün dünyada barış üçün son dərəcə səmimi fəaliyyət göstərir. Gürcüstan və Darfur üçün, Əfqanıstan və Livan üçün necə barış və ədalət istəyiriksə, Qəzza, Qüds üçün və  Qarabağ üçün də barış, ədalət və dinclik istəyirik. Çünki biz ürəyimizdə şəhidlərimizin əmanətlərini daşıyırıq.  

Əgər 1915-ci ildə baş vermiş hadisələrə aydınlıq gətirilməsi istənilirsə,  onun ünvanı minlərlə kilometr uzaqlıqdakı parlamentlər deyil, arxivlərdir, sənədlərdir, hesabatlardır, şəkillərdir”.

 

Mərasimdə Türkiyənin dövlət və hökumət nümayəndələri  iştirak edib. İlkə dəfə olaraq mərasimə Azərbyacan nümayəndə heyəti də qatılıb. Çanakkalada ilk dəfə Türkiyə bayrağı ilə yanaşı Azərbyacan bayrağı da dalğalanıb.     

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir