Bu gün Rusiyada baş nazir Vladimir Putinə qarşı aksiyalar keçirilib. Modern.az xəbər verir ki, 3 partiya – Kommunist, “Yabloko” və “Ədalətli Rusiya” Putinin istefasını tələb ediblər. Aksiya təşkilatçıları bildirib ki, Rusiya hökumətinin ağılsız siyasətinə son qoymaq vaxtı yetişib. Putinin istefasını tələb edənlər hökuməti mənzil-kommunal xidmətlərinə görə tariflərin aşağı salmağa çağırıblar.
Aksiya iştirakçları bu cür aksiyaların davamlı olacağını və gələcəkdə daha geniş miqyas alacağını vəd ediblər.