Modern.az-a daha bir köşə yazmaq üçün çox fikirləşmədim. Məncə yenə günəmdə tutulacaq məsələ qardaş ölkədə Azərbaycanın mövqelərinin ideolojik anlamda ermənilərə tərk edilməsi və mövqelərimizin bərpası üçün düşünəcəklərimiz olmalıdır. Ermənilər Türkiyədə gerçəkdən ab-hava müəyyən edə bilirlər, ictimai rəyə təsir etmk imkanları bizdən üstündür, biz isə uzaqdan onları təsirsiz tənqidlərlə “atəçə tuturuq”..
Bu gerçəyi qəbul etməsək, ermənilər gələcəkdə daha üstün duruma gələcəklər. Son günlər yenə sosial şəbəkələrdə bir erməni jurnalist “hədəfimizdə” idi. “Agos”, Axşam”, “Radikal”, “Taraf” qəzetlərində neçə illərdir erməni davasına ustalıqla xidmət edən Aris Nalçı. Bu erməni yazar, jurnalist nə etmiş, nə yazmış ki, biz yenə belə qəzəblənmişik....
Əslində edəcəyi nə lazım idisə onu etmişdir... Səfər etdiyi Dağlıq Qarabağı necə tanıtmış türk qardaşlarımıza? Son yazısından bir yarpaq: “…Dağlıq Qarabağ Cumhuriyyeti. Devlet Bakanlıkları, bürokrasisi, ordusu ve ekonomisiyle tam bir devlet. …Savaş tekrar başlarsa ne yaparsınız diyorum? Genelde gelen cevap aynı: “Biz savaşmadık ki hiç. Biz evlerimizi koruduk. Yine koruyacağız, burası bizim evimiz, gidecek başka yerimiz yok.” Karabağ’da karşılaştığım Kobani. Kendi geleceğini kendi tayin etmek isteyen milletlerin çocukları asla savaşmıyorlar... Onlar evlerini, ailelerini koruyor...”
Bunları yazmış 1980 doğumlu gənc jurnalist, Türkiyəli erməni yazar.
Hamı kimi maneəsiz səfər etmiş Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə və gəlib yazmış... Burada qeyri- adi heç nə yoxdu əslində. Amma məsələnin azərbaycancası odur ki, Türkiyənin əsas mətbuat orqanlarından birində Qarabağda qurulan “Dağlıq Qarabağ Respublikası” adlı separatçı qurumun varlığı və yaşaması diqqətə çatdırılır. Onlara bir simpatiya oyandırılır. Onların nizamlı bir dövlət qurduqlarını vurğulanır və bir vaxtlar torpaqlarını müdafiə etmələrindən bəhs edilir, Qarabağın müdafiəsi ilə Kobani dirənişi arasında müqayisələr aparılır. Guya onlar da Kobanililər kimi vaxtilə torpaqlarını qorumuşlar. Mən buna da təbii baxıram. Bu həmkarımız erməniliyini edir və həmişə edəcək. Bir vaxtlar indi başbakanın baş məsləhətçisi olan Etyen Mahcupyana irad tutulmuşdu ki, nədən heç Xocalı soyqırımından yazmır, əgər özünü bir obyektiv jurnalist sayırsa, Xocalıdan da yazsın. Yazdı. Və həmin yazıda Xocalıda ölənlərə acıyaraq həm də 1988 Sumqayıt paqromunu, Bakıda 1990-ın yanvarında ermənilərin “vəhşicə” qırıldığını və Xocalıda yaşananların buna bir cavab olduğunu yazdı. Ermənilərin Xocalıda etdiklərinə açıq şəkildə haqq qazandırdı. Nalçı da onun kimi. Gördüyü, gəzdiyi gözəlim Qarabağdan sizcə nə yazmalıydı? Ondan bizim halımıza acımağınımı gözləyirdiniz? Gəlin baxaq Aris yaşda və Aris başda olan gənc Türk həmkarlarımız nə yazırlar? Bizimkilər nə yazırlar. Bir neçə il bundan öncə yadınmızdasa, Arisdən daha məşhur olan Nagehan Alçı adında bir Türk jurnalisti də Aris Nalçının marşrutu ilə Dağlıq Qarabağa getmişdi. Onun yazdıqlarının yanında bu erməninin yazdıqları hələ şükürlüdür.
Bu gəzi əsnasında bu xanım Dağlıq Qarabağ bölgəsində veriliş aparan bir erməni televiziya kanalına açıqlama verərək eynən bunları ifadə etmişdi:
“Biz Türkiye’de yanlış yapmışız. Şimdi anlıyorum ki, Dağlık Karabağ yüzde yüz Ermeni toprağıdır ve siz bu toprakları vermemek için yeteri kadar karalılısınız”. Nə az nə çox- lap yüzdə yüz ! Təsbitə baxın. Onu bu qərara gətirən görəsən nə olmuşdu? Bunu biz bilmirik… O zaman ondan soruşmuşdular ki, necə fikirləşirsiniz, 1915 –ci ildə ermənilərə qarşı bir soykırımı olmuşdurmu? Bu sualdan bir qədər yayınan bu qız hətta lazım gəlsə “erməni olmağı” da özünə yaraşdırmışdı. Demişdi ki, mən lazım gəlsə “erməniyəm”. Necə ki, bir zamanlar İstanbul küçələrinə çıxıb “hepimiz erməniyiz” demişdilər. Bu da özünü onların sırasınada görmüşdü. Qoy nə qədər erməni olur-olsun Nagəhan xanım. Bizə nə. Özü bilər…
Amma Qarabağın yiyəsi, sahibi var və belə adamlara anlatmaq lazımdır ki, bura sənin babanın çiftliyi deyil ki, kimin olduğuna qərar verəsən. Gerçəkdən də Qarabağın sahibi var Nagehan xanım…
Amma mən bu yazıda sizə fərqi anlatmağa çalışdım. Nalçı ilə Alçının fərqini . Sizcə onların hansı daha təhlükəlidir? Aris Nalçı bir ermənidir və “erməni davasına” xidmət edə bilər, bu normal bir işdir, bunu Türkiyədə etməsi bir az anormal görünə də bilər sizə. Yenə də olsun. Erməni erməniliyini edir hər zamankı kimi, amma bütün beynəlxalq sənədlərdə Azərbaycan ərazisi olduğu və buna heç bir tarixçinin də şübhə etmədiyi halda, “Dağlıq Qarabağ erməni toprağıdır” deyən bu xanım kimə xidmət edirdi o zaman? Hrant Dinki tanıyırlar oxucularımız, bu gün onun ölümü ilə alver edən və bunun daim gündəmdə tutulmasının memarları kimlərdir? Məsələn, Nedim Şener adında bir jurnalist də var, Hrant Dinki özünə dost sayan bu şəxs gerçəkdən də erməni təbliğatçısıdır. Belələri Türkiyədə çox olduğuna görə Aris Nalçı cəsarətlənərək belə şeylər yazır. Mahcupyan başbakana baş müşavir olur... cəsarət burdan qaynaqlanır.
Onun və onun kimi demoktatiya adı ilə alver edən digərlərinin sayəsində Hrant Dink məsələsi illərdir gündəmdən düşmür- bu da öz yerində, ama onların təsir dairəsində olan mətbuatda ən dəhşətlisi odur ki, Türkləri qırmağa səsləyən erməni mahnıları tirajlanır, yayılır. İndi deyin görək kimdi Türk düşməni, Türkə həqarət edən “Mən və qardaşım” mahnısının müəllifləri olan Ermənilər, yaxsa onu yaymaqla mükəlləfliyi üstənən “OdaTV”? Mən belə adamların və oxucuların dəqqətinə həmin mahnıların bəzi hissələrini çatdırmaq istəyirəm. Mahnını müəllifi Sevan Amroyan, mahnını adı isə “Axpers u yes”dir. (Qardaşım və mən) Ən azından nəticə çıxarmaq üçün... Baxın mahnıda nə deyilir: " Türklər Ana vətənimizə sahib çıxıblar. Qardaşım və mən bunlara qarşı döyüşməyə gedəcəyik. Qaranlıq bir gecədə sipərdə oturmuşuq. Bura igid ermənilərin qanının axdığı yerdir. Döyüşməyə gəldik, döyüşəcəyik, Geriyə dönüş yoxdur, bu amansız bir döyüş olacaq Anacığım xeyir-dua ver bizə və əsla ağlama. Əgər bir gün bir cüt igid qartal görsən bil ki,onlar da bizim ruhumuzdur. Qardaşım və mən. Anacığım açılır bizim bağlı kapılarımız...Və belə bir zəfərlə evə qayıdacağıq. Alqışlarla, təntənə ilə ...qardaşım və mən ...
Oda TV-nin yaydığı digər bir ermənicə mahnının (“Yüzde yüz”) videosu. Nagəhan Alçı da bir zaman “Yüzdə yüz” demişdi... Mahnıda görün nə deyilir:
“…Bu, yüzdə yüz Erməni qanıdır. Erməniyəm, qürurluyam, sevirəm dolmanı. İnançlıyam… …İndi müstəqil bir Ermənistan var. Gözümdən yaş gəlir onu düşünərkən. Ararat qaldı o bir tərəfdə. Keçirmliyik bu toprakları yavaş yavaş əlimizə. Türkleri heç sevmirəm. Həqiqətən murdardırlar! Bilirsənmi bir milyon yarım ermənini öldürdülər, bugün hələ də bunu inkar edirlər.
Doğrudan da bu insanları heç sevməm. Onlarla danışmamağı nəsihət edib atam. Mən də uşaqlarıma vəsiyyət edəcəm. 24 Nisan’da onları mitinqə götürəcəm. Sekkiz yaşına çatanda onlara “Mayriq”i izlədəcəm. 10 yaşına çatanda ”Ararat”ıseyr edəcəklər. (“Erməni soyqırımı”ndan bəhs edən filmlər) Ermenice dil açanda isə bunu hayqıracaqlar:
“Ermənilər yaxşıdır, Ermənilər cəsurdur, Ermənilər hamıdan öncə xristian olublar…. Nəydik öncədən, nə olduq indi.” Bax budur “OdaTV”-nin yaydığı video. İndi Nalçı ilə Alçının nə fərqi olduğunu anladınızmı?