Modern.az

II və III qrupların nəticələri bu tarixdə açıqlanacaq

II və III qrupların nəticələri bu tarixdə açıqlanacaq

Təhsil

6 İyul 2026, 09:54

5 iyul 2026-cı il tarixində keçirilmiş II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri 2 həftə sonra elan ediləcək.

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən(DİM) məlumat verilib. 

"İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.

İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahını (II ixtisas qrupu, III ixtisas qrupu), eləcə də qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını müvafiq hiperkeçidlərdən əldə edə bilərlər",- deyə DİM-inm mətbuat xidmətindən bildirilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...