Modern.az

Mahirə Hüseynovanın biblioqrafiyası nəşr olunub

Mahirə Hüseynovanın biblioqrafiyası nəşr olunub

Təhsil

Bu gün, 13:08

Professor Mahirə Hüseynovanın həyat və fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib.

Modern.az xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, Əməkdar müəllim və şairə Mahirə Hüseynovanın həyat və fəaliyyətini əks etdirən biblioqrafik göstərici çapdan çıxıb.

Alimin 65 illik yubileyinə həsr olunan vəsait AMEA Rəyasət Heyətinin müvafiq qərarı əsasında hazırlanıb. Nəşrdə Mahirə Hüseynovanın həyatının əsas mərhələləri, elmi-pedaqoji və ictimai fəaliyyəti, müəllifi olduğu kitablar, eləcə də dilçilik, ədəbiyyatşünaslıq və linqvopoetika sahələrində apardığı tədqiqatlar yer alıb.

Biblioqrafik göstəricidə qeyd olunur ki, Mahirə Hüseynova 26 elmi və 14 bədii kitabın müəllifidir. Onun ölkə daxilində və xaricdə nəşr olunan elmi jurnallarda, qəzet və digər mətbuat orqanlarında 400-ə yaxın elmi və publisistik məqaləsi dərc edilib.

Professorun elmi yaradıcılığında Ümummilli Lider Heydər Əliyev irsinin araşdırılması, görkəmli dilçi alimlərin fəaliyyəti və Azərbaycan natiqlik mədəniyyəti xüsusi yer tutur. O, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

“Elm” nəşriyyatında çap olunan vəsaitin elmi redaktoru Mərkəzi Elmi Kitabxananın direktoru Hüseyn Hüseynov, tərtibçisi Biblioqrafiya şöbəsinin müdiri Aytən Əliyeva, redaktoru isə baş biblioqraf Rəna Cavadovadır.

Biblioqrafiya filologiya sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, həmçinin geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Nəşrin elektron versiyası kitabxananın Elektron kitabxana bölməsində yerləşdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV