Professor Əfqan Abdullayev,
Təhsil Nazirliyi Hüquqi Ekspertiza və Lisenziyalaşdırma Şöbəsinin baş məsləhətçisi, iki dəfə (1998, 2005) ABŞ-ın Senator Fulbrayt proqramının mükafatçısı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın Strateji hədəflər və tədbirlər bölməsində (bölmə 7) qeyd olunur ki, Təhsilin nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan idarəetmə sistemi formalaşdırılmalı və beynəlxalq təcrübə əsasında təhsil müəssisələrinin akkreditasiyası sistemi yaradılmalıdır (3.1.3.) Bu sahədə ən çox diqqət çəkən təcrübələrdən biri də ABŞ akkreditasiya sistemidir. Düşündüm ki, ABŞ təçrübəsi haqqında müəyyən məlumatın verilməsi məqsədəuyğun olardı.
Dünyanın ən ingişaf etmiş təhsil sistemlərindən biri də ABŞ təhsil sistemidir, xüsusilə ali təhsil sistemidir. Hələ ABŞ-da təhsil aldiğim illərdə müəllimlərimdən soruşanda ki ABŞ təhsil sisteminin özəlliyi nədədir. Onlar yarı zarafat, yarı ciddi cavab verərdilər – Bu sistemin özəlliyi elə onun sistemsizliyindədir.
İlk baxışdan qəribə görünsə də, bu əslində elə realliğı əks etdirir. ABŞ-da təhsilə ümumilikdə nəzarət eləyən federal Nazirlik yoxdur. Ştatların özləri ştatdaxili nisbi nəzarəti həyata keçirir. Təhsil müəssisələri, xüsusilə də ali təhsil müəssisələri nəzərə çarpaçaq qədər müstəqil və avtonom fəaliyyət göstərirlər. Bunun da nəticəsidir ki, ABŞ-da təhsil müəssisələri təqdim etdikləri proqramların keyfiyyətinə, təhsilin səviyyəsinə və xüsusiyyətlərinə ğörə bir birinə bənzəmirlər. Əlbəttə, bu heç də o demək deyil ki, təhsil müəssisələri necə gəldi fəaliyyət göstərə bilərlər. Onların fəaliyyətini nizamlayan nizamnamələr, qaydalar, əsasnamələr və digər qanunverci sənədlər vardır. Bunlar da həmişə nəzarət mexanizmi kimi istər daxildən, istərsə də müəssisədən kənardan yoxlanilir. Belə nəzarət mexanizmlərindən ən mühüm olanı təhsil müəssisəsinin akkreditasiyasıdır.
Akkreditasiyanın əsas funksiyalarına nələr daxildir?
1) Təhsil müəssisəsinin və onun ixtisaslarının müasir standartlara cavab verdiyini təsdiqləmək
2) Tələbələrin universitet seçməkdə qərar verməklərinə “köməklik” göstərmək, onları “ayıltmaq “
3) Universitetlərə kənardan gələn tələbələrin kreditlərini transfer etməkdə köməklik göstərmək
4) Müəssisəni istər daxili, istərsə də xarici zərərli təsirlərdən, təzyiqlərdən qorumaq
5) Keyfiyyəti aşağı olan tədris proqramlarının keyfiyyət standartlarının artırılmasına stimul vermək
6) Təhsildə iştirak edənlərin (müəllim, tələbə, yardımçı heyət) hamısının müəssisənin qiymətləndirilməsi, planlaşdırılması və strateji ingişafi məsələlərinə yaxından cəlb olunmasına şərait yaratmaq
7) Dövlət və beynəlxalq təşkilatlardan maliyyə dəstəyi almaq üçün təhsil müəssisəsinə əsas vermək
Bəs akkreditasiya kimlərə lazımdır? Birinci növbətə tələbələrə. Sonra təhsil müassisələrinə və onların təklif etdikləri proqram-ixtisaslara lazımdır. Nəhayət, geniş ictimaiyyətə, bizness, sənaye qurumlarına və əlbəttə dövlətə lazımdır.
ABŞ-ın akkreditasiya sisteminin yız ildən çox tarixı vardır. 100 ildir ki, bu keyfiyyətə nəzarət sistemi amerikalıların səhiyyəsinin, intellektual ingişafının, təhlükəsizliyinin və ictimai maraqlarının qorunmasına xidmət edir. ABŞ-da təhsilin keyfiyyətinə nəzarət, kənar nəzarət bir qayda olaraq özəl, müstəqil təşkilarlar tərəfindən aparılır. Ümumilikdə ABŞ ali təhsil sistemi (bu hardasa 4635 təhsil müəssisəsi deməkdir) 25 milyondan çox tələbə kontingentini, 3,5 milyon tam – yarım ştatlı müəllim heyətini əhatə edən, 420 milyard maliyyəsı olan strateji bir sahədir. (2010-11-ci ilin göstəriciləri). ABŞ akkreditasiya təşkilarları 50 ştatda və 113 xarici ölkədə kollec və universitetləri akkreditasiyadan keçirirlər.
ABŞ-da akkreditasiya orqanlarının fəaliyyətinə nəzarət iki təşkilat tərəfindən həyata keçirilir. Biri Ali Təhsilin Akkreditasiya Şurası (CHEA, 17 nəfərdən ibarət Direktorlar Şurası var), digəri isə ABŞ Təhsil Departamentidir (yəni Təhsil Nazirliyi). Hal-hazırda Ali Təhsilin Akkreditasiyası Şurası və ABŞ Təhsil Departamenti tərəfindən tanınmış 80-dən çox akkreditasiya qurumları fəaliyyət göstərir.
ABŞ-da (demək olar ki başqa ölkələrdə də) akademik akkreditasiyanın iki forması vardır. 1) tədris müəssisəinin tam akkreditasiyası., 2) ixtisasların-ptoqramların akkreditasiyası.
Təhsil müəssisəsinin akkreditasiyası regional və milli akkreditasiya agentlikləri tərəfindən həyata keçirilir və bütövlükdə təhsil müəssisəsinin akkreditasiyası nəzərdə tutulur, ayrı-ayrı ixtisas-proqramlara diqqət yetirilmir.
Xüsusiləşmiş, yaxud proqram-ixtisasların akkreditasiyası isə ayrı-ayrı proqram-ixtisasların akkreditasiyasını nəzərdə tutur.
Akkreditasiya prosesi:
1) Təhsildə keyfiyyətin təminatıdır – bu proses zamanı müəyyən edilməlidir ki, kollecin, universitetin, yaxud ixtisasın-proqramın məzmunu keyfiyyətli kadr yetişdirməyə zəmin yaradır, yay ox. Akkreditasiyanın nəticəsi cəmiyyətə, gələcək tələbələrə, gövlət qurumlarına, beynəlxalq arenaya bir mesajdır (akkreditasiyanın nəticəsi müsbətdirsə yaxşi mesaj, akkreditasiyanın nəticəsi mənfidirsə pis mesaj).
2) Dövlət, özəl, beynəlxalq maliyyə institutlarından maliyyə dəstəyi almaq üçün müraciət etməkdə bir imtiyazdır.
3) Müəssisə, təşkilat və əmək bazarı üçün bir inamın yaranmasıdır. Alınan müsbət qərar kollec və universitetin nüfuzunun artma göstəriçisidir. Mənfi qərar isə onlara inamın aşagı düşməsinə gətirib çixarmaq deməkdir.
4) Tələbə mobilliyinin etibarlılıq mənbəyidir. Bir tədris müəssisəsindən digərinə transfer olunan tələbənin aldiğı kreditlərə inam deməkdir, onların keçərliliyi deməkdir.
ABŞ akkreditasiya qurumları fəaliyyət göstərmək üçün maliyyəni haradan alirlar? İki mənbədən. Ən mühüm mənbə akkreditasiyadan keçmək üçün müraciət eləyən tədris müəssisələrinin verdiyi üzvlük haqlarından və bir də sponsorlardan. Onlar bəzən dövlətin və özəl fondların da maliyyə dəstəyindən yararlanırlar.
Təhsil müəssisələrinin akkreditasiyası müddəti bir qayda olaraq bir necə il fasilədən tutmuş 10 il fasiləyə qədər ola bilər, çünki akkreditasiya davamlı bir prosesdir.
ABŞ-da ali təhsil müəssisələri üç istqamətdə akkreditasiyadan keçirilir. 1) Dini yönümlü akkreditasiya təşkilatları ancaq dini qurumların nəzdində olan tədris müəssisələrini akkreditasiyadan keçirirlər. Bu müəssisələr adətən akademik dərəcə verən və gəlirlə işləməyən təhsil müəssisələridir. 2) Ümumamerika karyera yönümlu akkreditasiya təşkilatları. Bunlar ancaq əsasən gəlirlə işləyən, dərəcə verən və verməyən tədris müəssisələrini akkreditə edir. 3) Regional akkreditasiya təşkilatları. Bu akkreditasiya qurumları bir qayda olaraq gəlirlə işləməyən, dərəcə proqramları təklif edən təhsil müəssisələrini akkreditasiya edirlər.
2011-2012-ci ildə 18 tanınmış akkreditasiya qurumu 7818 təhsil müəssisəsini (ümumilikdə 30400 ixtisas və proqramları) akkreditasiyadan keçirmişdir. O cumlədən, bunların 3050-si regional akkreditasiya qurumu tərfindən, 4298-i Milli karyera yönümlü akkreditasiya qurumu və 470-i isə dini yönümlü akkreditasiya qurumları tərəfindən akkreditasiya olunmuşdur. Bütövlükdə bu akkreditə olunmuş təhsil müəssisələrində 28 milyona yaxin tələbə təhsil alir.
Akkreditasiya qurumlarında 2011-2012-ci illərdə bütövlükdə 850 tam ştatlı (o cümlədən 102 yarım ştatlı) işçi olmuşdur. Bu qurumların büdcəsi 115 milyon dollar olmuşdur. Bundan başqa akkreditasiya işində 20 mindən çox könüllü iştirak etmişdir ki, onlara da 21 milyon dollardan çox pul ödənilmişdir.
Bəs aparılan akkreditasiyalar zamanı hansı nəticələr əldə olunmuşdur?
1) İlkin akkreditasiya qabağı müracıət edən təhsil müəssisələrinin 545-i bəyənilmişdir, ilkin akkreditasiyaya üçün müraciət edənlərin isə 26-na rədd cavabı verimlişdir.
2) İlkin akkreditasiyanın nəticələrinə görə 1108 müəsssisə və proqrama müsbət cavab verilmişdir, 49-na isə rədd cavabı verilmişdir.
3) Yenidən akkreditasiya üçün müracət edənlərin 3280-nə müsbət rəy verilmiş, 1556-na müəyyən müddət verilmiş, 161-nə xəbərdarlıq edilmiş, 131-nə sınaq müddəti verilmiş, 603-nə şərti cəza verilmiş, və 94 müəssisə isə bağlanmışdır.
Göstərilən müddətdə bu qurumlar tərəfindən 122 ölkədə 720 təhsil müəssisəsı və proqramı akkreditasiya olunmuşdur.
Akkreditasiyaya cavabdeh olan qurumların özləri də fəaliyyət göstərmələri üçün “Tanınma (lisensiya verilmə)” prosesini keçməlidirlər.
Ali Təhsilin Akkreditasiyası Şurası akkreditasiya ilə məşğul olmaq istəyən qurumların professionallığını yoxlamaq üçün 6 cür standartlardan istifadə edir. Bu standartlar əsasən akademik keyfiyyətin təminatına və təhsil müəssisəsinin və proqramların ingişafına daha çox diqqət yetirir.
Akkreditasiya ilə məşğul olan qurumlardan bir mənalı surətdə tələb olunur ki, akademik keyfiyyəti yoxlama prinsiplərini, hesabatlılıq-məsuliyyət prinsiplərini daim ingişaf etdirsinlər, müasirləşdirsinlər, fəaliyyətlərində məqsədyönlü dəyişikliklər aparsınlar, düzgün, ədalətli qərarların verilməsi prosesində şəffaflığı təmin etsinlər, müntəzəm olaraq akkreditasiya təcrübələrini daim yenidən qiymətləndirsinlər və maliyyə dayanıqlıqlarını saxlasınlar.
Ali Təhsilin Akkreditasiyası Şurasınin akkreditorları 10 illik müddətə (iki aralıq hesabatlar verilməklə) lisenziya alırlar. Qeyd etdıyimiz 6 yoxlama standartları hansılardır?
1) Müasir akademik keyfiyyət – Akkreditorların özlərinin academik keyfiyyəti nümayış etdirən aydın kriteriyaları və gözləntiləri olmalıdır ki, akkreditasiya etdikləri təhsil müəssisəsinin və proqramların keyfiyyət standartlarını təmin edib-etməmələrini müəyyən edə bilsinlər.
2) Hesabatlılıq və cavabdehlilik - Akkreditorlar təhsil müəssisələri və proqramların müasirliyini, yararlılığını, akademik keyfiyyətini, keyfiyyətli kadr hazırlığı ilə cəmiyyətdə və təhsilə investisiya edənlərdə inamın artırılmasını təmin edən akkreditasiya prosesinin formalaşdırılmasını nümayiş etdirsinlər.
3) Müasirləşmə və təkmilləşmə üçün öxünütəhlil və planlaşdırma – Akkreditorlar təhsil müəssisələri və proqramların akkreditasiyası zamanı davamlı olaraq yenililəşdirilmiş və təkmilləşdirilmış özünü dəyərləndimənı həyata keçirməlidir.
4) Qərarların qəbul olunmasında uyğun və ədalətli prosedurların tətbiqi – Akkreditorlar uyğun və ədalətli qərarların qəbulu üçün müvafiq təşkilatı siyasətə və prosedurlara malik olmalıdırlar ki, effektiv yoxlama və balansı qoruya bilsinlər.
5) Akkreditasiya təcrübəsinin davamlı olaraq icmalını, xülasəsini nümayiş etdirmək – Akkreditorlar özlərinin akkreditasiya fəaliyyətlərinin təhlilinı verməlidirlər.
6) Kifayət qədər resurslara malik olmaq – Akkreditorlar stabil və kifayət qədər resurlarıni (birinci növbədə maliyyə resurslarını) qoruyub saxlamalıdırlar.
ABŞ Təhsil Departmentinin də akkreditorları tanımaq (lisenziya vermək) prosesi üçün öz standartları vardır. Təhsil Departamentindən lisenziya almaq təhsil müəssisələrinə federal hökümətdən tələbələrə maliyyə dəstəyi və digər məqsədlər üçün qrantlar, təqaüdlər almaq imkanı verir. ABŞ Təhsil Departamentinin lisenziyasının müddəti bir qayda olaraq 5 illik müddətədir. Təhsil Departamenti 10-a yaxın standartlar əsasında akkreditorların tanınması (eləcə də tanınmaması) haqqında tövsiyyə seçilmış təhsil ekspertlərinin və içtimaiyyət nümayəndələrinin təmsil olunduğu “Təhsil Müəssisəsinin Keyfiyyəti və İnteqrasiyası üzrə Milli Məşvərət Komitəsi”nə təqdim edilir. Bu Komitə isə öz növbəsində ABŞ Təhsil Katibinə (Təhsil Nazirinə) öz tövsiyyəsini verir. Son qərar məhz burda qəbul edilir.
ABŞ Təhsil Departamentinin isə əsaslandığı standartlar bunlardır:
1) Dövlət lisenziya (buraxiliş) imtahanının nəticələri, eləcə də məzunların işə qəbul olma reytinqi
2) Tədris proqramlarının keyfiyyəti
3) Professor-müəllim heyətinin hazırlığı
4) Təhsil üçün əlverişli şərait, avadanlıq və digər təchizatın lazımı normada, səviyyədə olması
5) Maliyyə və administrativ gücün olması
6) Tələbəyə dəstək (yataqxana, yeməkxana, kitabxana, tələbə təşkilatları, təqaüd proqramları və s.) məsələsi
7) İnsan resursları, akademik nəşrlərin olması
8) Professional peşə hazırlığı standartlarının olması
9) Tələbələrin ərizə və şikayətlərinin qeydiyyatı, akademik göstəricilərinin registrasiyasının olması və s.
Təhlillərdən də göründüyü kimi, ABŞ akkreditasiya sistemi kifayət qədər mürəkkəb bir proses olsa da, keyifyyətin təmin olunmasına və artirilmasına bir başa məsuliyyət daşıyır. Akkreditasiya təhsil icmasının həyata keçirdiyi özəl (qeyri-hökümət) və gəliri olmayan bir prosesdir. Eyni zamanda akkreditasiya dövlətlə qarşılıqlı münasibət, əlaqə deməkdir, xüsusilə ali təhsilin maliyyələşməsi istiqamətində.
(Materialın hazırlanmasında ABŞ Dövlət Departamentinin və digər akkreditasiya qurumlarının akkreditasiya haqqında sənədlərinə istinad edilmişdir)