
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu baba olub. Təəssüratlarını Modern.az-a bölüşən mətbuat katibi, mart ayının onun üçün xüsusi aya çevrildiyini qeyd edib.
“3-4 gün bundan qabaq ilk nəvəm dünyaya gəlib. Oğlumun oğlu olub. Adını Murad qoymuşuq. Baba olmağın sevincini yaşayıram. Bildiyiniz kimi, mart ayı çox gözəl aydır, bayramlar ayıdır. Bizim ailədə isə bayram bayrama qarışıb. Hətta, deyə bilərəm ki, mart ayı mənim üçün xüsusi aya çevrilib”.
Akif Təvəkküloğlu dünyaya gələn nəvənin baba üçün xüsusi özəlliyindən də danışıb.
“Adətən, deyirlər ki, nəvə övladdan şirindir. Mən deyərdim ki, şirin olmasına hamısı şirindir. Amma, nəvə daha şirindir. Belə bir deyim var ki, övlad nəslin davamçısıdır. Nəvə isə mənim özüməm. Elə bilin ki, nəvə olanda baba yenidən dünyaya gəlir, yenidən doğulur. Allah bütün körpələri qorusun! Mənə edilən təbriklərə görə hər kəsə təşəkkürümü bildirirəm”.
Namidə BİNGÖL