
Azərbaycanın Ermənistana təhvil verdiyi Qevorqyanlar ailəsinə qarşı ölkəsində ittiham irəli sürülüb. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, ailə başçısı Yeqişe Qevorqyan və həyat yoldaşı Ruzanna Mardanyan barədə Ermənistan Cinayət Məcəlləsinin “müvafiq sənəd və icazə olmadan dövlət sərhəddini qanunsuz keçmə” maddəsi ilə cinayət işi açılıb.
5 nəfərdən ibarət Qevorqyanlar ailəsi 2010-cu ildə Ermənistandan qaçaraq Azərbaycana gəlmişdi. Onlar 2014-cü il dekabrın 12-də Ermənistan tərəfinə geri qaytarılıblar.
Modern.az