Modern.az

Mübariz Mənsimov yeni gəmini suya endirdi – FOTOLAR

Mübariz Mənsimov yeni  gəmini suya endirdi – FOTOLAR

Təhsil

10 Mart 2015, 14:01

Dünya sularında üzəcək nəhəng tankerə Olqa Qolovuşkina adı verildi. 

Palmali Şirkətlər Qrupunun  Türkiyənin İzmit bölgəsində yerləşən “Armada Shipyard” tərsanəsində ilk gəminin suya salınma mərasimi keçirildi. Gəminin esas korpusunun inşası 2014 cu ilin may ayında başlayıb.

Modern.az xəbər verir ki, yeni layihəyə əsasən hazırlanan tanker daha da gücləndirilmiş dəniz funksiyasına malik olmaqla, bütün beynəlxalq daşıma tələblərinə tam cavab verir. Layihələndirmə zamanı dünya neft şirkətlərinin xüsusi tələbləri və əlavə ekoloji məhdudiyyətlər nəzərə alınıb. Dünya sularında üzəcək nəhəng tankerə Olga Qolovuşkina adı verildi. 

Təntənəli tədbirə "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov, Rusiyanın İstanbuldakı Baş konsulu Aleksey Yerxov nüfuzlu iş adamları və siyasətçiləri də qatılıb.

Mərasimdə söz alan “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov bu il daha 4 gəminin öz tərsanəsində buraxılacağını deyib. Yelena Storojeva-Qolovushkina anasının adını daşıyan gəminin xaç anası olub və dənizçi adət ənənələrinə uyğun olaraq şampan şüşəsini gəminin gövdəsinə çırparaq gəmiyə uğurlu yol arzulayıb…

Olqa Qolovuşkina neft sənayesinin xüsusilə də loqistika sahəsinin tanınmış isimlərinden biridir. Palmalinin önəmli terefdaşlarından biri olub. Mübariz Mensimovun bir vefa borcu var idi ve onun xatiresini de bele yaşatdı. Gəminin texniki xüsusiyyətlərinə görə Volqa-Don bərə keçidindən və Volqa-Baltiysk su yollarından keçmə qabiliyyətinə malikdir. Tanker dəniz şəraitində 7500 ton dedveyt yük götürür.

“Palmali” şirkətlər qrupu Aralıq dənizi, Xəzər və Qara dəniz sularında əsasən SOCAR və LUKOYL kimi neft şirkətlərinin yüklərini daşıyır. Həmçinin şirkət digər böyük neft və neft məhsulları şirkətləri ilə uzunmüddətli müqavilələrə malikdir.

 

   

 

 

 

 

 

 

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı