Modern.az

Səhiyyə Nazirliyi üçəmlərə sahib çıxdı

Səhiyyə Nazirliyi üçəmlərə sahib çıxdı

Təhsil

10 Mart 2015, 15:17

“Mərkəzi Klinika Səhiyyə Nazirliyinin strukturuna daxil deyil, buna görə də müdaxilə edə bilmərik. Amma nazirliyin strukturuna daxil olan xəstəxanalar var, həmin uşaqları ora köçürə bilərik”.

Bunu Modern.az saytına açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, körpələr həmin xəstəxanalardan birinə köçürüləcəyi təqdirdə, ödənişsiz müalicələrini davam etdirə bilərlər: “Dövlət xəsəxanaları hər bir avadanlıqlarla təchiz edilib, müasir standartlara cavab verir. Köməyə ehtiyacı olan ailənin istəyindən asılı olaraq yardım göstərməyə hazırıq”.

Kəlbəcər rayonunda olan Tağıyevlər ailəsi 12 illik uzun və bahalı müalicə prosesindən sonra övlad sahibi olub. Doğuş sancıları vaxtından əvvəl, hamiləliyinin 7 ayında ikən başlayan Pərvanə Tağıyeva ikisi qız, biri oğlan olmaqla üçəm dünyaya gətirib. Hazırda küveyz altında saxlanılan körpələrin sağlamlığını təmin etmək üçün lazım olan müalicələrə görə ailənin maddi dəstəyə ehtiyacı var. Körpələrin atası Mərdan Tağıyev Modern.az saytı vasitəsilə müvafiq təşkilatlardan kömək  istəyib.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı