Modern.az

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə bağlı xəbərdarlıq etdi

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə bağlı xəbərdarlıq etdi

Təhsil

10 Mart 2015, 15:25



Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə bağlı yanğın təhlükəsizliyinə dair xəbərdarlıq edib. Modern.az saytı xəbər verir ki, nazirliyin xəbərdarlığında aşağıdakılar bildirilib:

Novruz bayramında yarana biləcək yanğın təhlükəsi ilə bağlı bir sıra qaydaları bilməyimiz vacibdir:

− bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;
− tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;
− tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;
− tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;
− yandırılan şamlar nəzarətsiz qalmamalıdır;
− əgər pirotexniki vasitələrdən istifadə edilərsə, təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. Yadda saxlayın: qapalı məkanda atəşfəşanlıq etmək olmaz!

Təhlükə zamanı 112-yə zəng edin!


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı