Modern.az

“Tacikistanın müxalifət liderinin qətlində Ərdoğan hökuməti maraqlı ola bilməz” - Politoloq

“Tacikistanın müxalifət liderinin qətlində Ərdoğan hökuməti maraqlı ola bilməz” - Politoloq

Təhsil

10 Mart 2015, 16:59


“Tacikistanda “Gülən məktəbləri”nin bağlanması və onun müqabilində Türkiyədə müxalif liderin öldürülməsi güclü bir tezisə oxşamır. Bildiyimiz kimi, “Gülən məktəbləri”nin bağlanması müqabilində Tacikistan prezidenti Kuratovu tələb edirdi. Tacik müxalifət liderinin təhvil verilməsini isə Ərdoğan höküməti çox asanlıqla həyata keçirə bilərdi”.  

Bunu Modern.az-a açıqlamasında İstanbulda Tacikistandan olan müxalifət liderinin öldürülməsində Türkliyə hökümətinin mövqeyi ilə bağlı iddialara münasibətini bildirən “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin sədri, politoloq Ərəstun Oruclu  deyib.  

Türkiyənin artıq hüquqi bir dövlət olmadığını bildirən politoloq, Türkiyə hökümətinin bu tipli bir addım atmasına heç bir səbəb olmadığını vurğulayıb: “Artıq nə Türkiyə dövləti, nə də höküməti hüquqi bir dövlət deyil.

Məsələn, biz konkret olaraq Rauf Mirqədirovun heç bir hüquqi əsası olmadan tutularaq Azərbaycana təhvil verilməsinin, hətta onun ikinci bir ölkəyə getməsinə imkan verilməməsinin canlı şahidi olmuşuq. Ərdoğan rejimi tacik müxalif liderlə də bağlı eyni addımı ata bilərdi. Yəni sadəcə olaraq Kuratovu heç bir əsası olmnadan tutub, təhvil verə bilərdi.

Heç bir əsası olmadan generalı və 70-80 jurnalisti həbsxanaya salan Ərdoğan höküməti üçün bir tacik müxalifətin nümayəndəsini təhvil vermək o qədər də çətin deyildi. Düşünmürəm ki, Kuratovun öldürülməsində Türkiyə höküməti hər hansısa bir addım atıb”.    

Şahin Qocayev  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı