Modern.az

Vahid Avropa Ordusunun yaradılması mümkün deyil – ŞƏRH

Vahid Avropa Ordusunun yaradılması mümkün deyil – ŞƏRH

Təhsil

10 Mart 2015, 17:04


“Bilirsiniz ki, mən köhnə dövrün adamıyam. 15 yaşımdan etibarən siyasi qəzetləri oxuyuram. Vahid Avropa Ordusunun yaradılması məsələsini hələ uşaq vaxtında eşidirdim. O zaman da Avropa siyasi xadimləri çıxış edərək bildirirdilər ki, Avropa öz birləşmiş ordusunu yaratmalıdır. Amma bu, baş tutan bir məsələ deyil”.

Bunu Modern.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Onun fikrincə, yaradılacaq vahid ordunun idarə edilməsi üçün vahid ali baş komandanlıq olmalıdır: “Mütləq ümumi qərarları qəbul edən bir şəxs - Ali Baş Komandan olmalıdır. Avropada belə bir şəxs yoxdur. Yəni heç bir Avropa siyasətçisi baş komandan ola bilməz. Daha fərqli bir dildə desək, Avropanın heç bir ölkəsi razı olmaz ki, başqa bir dövlətin şəxsi, birləşmiş Avropa Ordusunun Ali Baş Komandanı olsun. Digər tərəfdən, ordu xarici siyasətin həyata keçirilməsi üçün bir alət, vasitədir.

Avropanın heç yekdil və ümumi hansı xarici siyasəti var ki? Avropa iqtisadi, mədəni və əhali sayı baxımından böyük bir nəhəngidir. Lakin onun vahid siyasi iradəsi yoxdur. Avropa İttifaqı müharibəyə başlamaq, yaxud başlamamaq üçün hansı bir qərarı qəbul edə bilər? 28 dövlət verilən qərar ətrafında birləşə bilərmi? Mümkün deyil. Məsələn, Ukrayna məsələsində Avropa vahid xarici siyasi iradə ortaya qoymur”.  

Politoloqun sözlərinə görə,  şərqə doğru genişlənməkdə olan NATO Avropanın əsas təhlükəsizlik zəmanətçisi olaraq qalır:  

“NATO yaradıldığı andan etibarən tərkibində olan ölkələrə heç zaman müdaxilə etməyib. NATO səmərəli müdaxilə mexanizmidir. O, sadəcə ona qarşı olan Liviya, İraq və Əfqanıstan kimi ölkələrə daxil olub. Bu gün NATO-nun əsas nüvəsini ABŞ təşkil edir. Kim ABŞ-dan imtina edə bilər?

İstənilən NATO ölkəsinə hücum ABŞ-a hücum kimi dəyərləndirilir.   Vahid Avropa Ordusunun yaradılması üçün siyasi iradə və mexanizm yoxdur. Hətta NATO daxilində orduları tənzimləmək belə, böyük problemdir. Bütün bu səbəblərə görə, Avropa ordusunun yaranmasını qeyri-real hesab edirəm”        

Şahin Qocayev

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı