Modern.az

ABŞ səfiri: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını axtarırıq”

ABŞ səfiri: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını axtarırıq”

Education

10 Mart 2015, 20:55


Bu gün Nizami Kino Mərkəzində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin tədbiri keçirilib. Modern.az saytının məlumatına görə, tədbir Amerika mədəniyyət günlərinə həsr edilib.

Jurnalistlərə açıqlama verən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki, tədbirdə ölkəsinin mətbəxi, mədəniyyəti təbliğ ediləcək. Səfir Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlılar – Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı çağırışlara da münasibət bildirib. O, ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın Ermənistanda səfərdə olarkən girovların azad olunması ilə bağlı çağırış etdiyini xatırladıb.
Səfir vurğulayıb ki, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik də eyni cür çağırışları edir.
“Biz ümumiyyətlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını axtarırıq. Girovların azad edilməsi isə humanitar jestlərdən biri ola bilər”,-deyə Robert Sekuta söyləyib.

ABŞ-ın ölkəmizdəki rəsmi nümayəndəsi Azərbaycanda demokratiya, insan hüquqları ilə bağlı vəziyyətə də toxunub. Robert Sekuta qeyd edib ki, ABŞ Azərbaycan hakimiyyəti ilə demokratiya, insan hüquqları və vətəndaş cəmiyyəti ilə bağlı intensiv olaraq müzakirələr aparır.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı