
Londonda yaşayan əslən azərbaycanlı olan müğənni Sami Yusif Bakıdadır. Modern.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, ifaçı “KEvents Group”un təşkilatçılığı ilə martın 14-də və 15-də Heydər Əliyev Sarayında “Sarı gəlin” adlı konsert verəcək.
Canlı orkestrin müşayiəti ilə səhnəyə çıxacaq Sami Yusif tamaşaçılar üçün “The Centre” albomundakı mahnılarını səsləndirəcək.
Sənətçi media nümayəndələri ilə də görüşəcək.