Modern.az

64 yaşlı kişi metroda öldü

64 yaşlı kişi metroda öldü

Təhsil

11 Mart 2015, 09:53


Metronun “Gənclik” stansiyasında ölüm hadisəsi baş verib. Bu  haqda Modern.az-a Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.  

Onun sözlərinə görə, 64 yaşlı Sabir Bağırov metroya daxil olan kimi vəziyyəti pisləşib:

“Sərnişin metroya daxil olan kimi halı pisləşib. Heç platformaya çatmayıb. Dərhal hadisə yerinə təcili yardım briqadası çağırılıb. Lakin həkimlər gələnə qədər keçinib”.

Metropoliten rəsmisi bildirib ki, vəfat edən şəxs dünəndən özünü pis hiss edirmiş: “Bir qədər əvvəl ailə üzvlərilə əlaqə saxladıq. Bildirdilər ki, dünəndən özünü pis hiss edib, ağrıları olub. Biz artıq meyiti aidiyyəti üzrə təhvil verdik”.    

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı