Modern.az

Rusiya qəzeti: “Nemtsovun əsl qatili Dadayev yox, Ruslan adlı mayordur”

Rusiya qəzeti: “Nemtsovun əsl qatili Dadayev yox, Ruslan adlı mayordur”

Təhsil

11 Mart 2015, 11:15


Rusiyada Boris Nemtsovla yanaşı, Mixail Xodorkovski, Aleksey Venediktov və mümkündür ki, Kseniya Sobçakdan ibarət “güllələnmə siyahı”sı mövcuddur. Modern.az Rusiyanın “Novaya qazeta” nəşrinə istinadən xəbər verir ki, həmin şəxlsərin “aradan götürülməsi” üçün Çeçensitandan xüsusi killer qrupu gəlib.

“Boris Nemtsovdan sonra Aleksey Venediktov, Mixail Xodorkovski və Kseniya Sobçak “güllələnmə siyahı”ndadır. Çox güman ki, həmin şəxslərin hər biri ilə çeçen killerlərinin adəti üzrə 2 qrup işləyəcək”, - qəzet yazır.       

“Novoya qazeta” xəbər verir ki, Vladimir Putinə Nemtsov qətlinin əsas təşkilatçıları və icraçılarının adları verilir. Həmin şəxslər arasında əsas şübhəli Zaur Dadayev yoxdur. Boris Nemtsovun qətlə yetirilməsində əsas təşkilatçı rolunu mayor Ruslan adlı şəxsin oynadığı deyilir.

“Onun soyadını prezidentə deyiblər və bazar ertsəi Qroznıda ondan ifadə alıblar. Mətbuata bu barədə xəbər sızdırılmasa da, Ruslanın qohumunun Çeçensitan güc strukturlarının yüksək rütbəli zabiti olduğu deyilir. Onun soyadı bizə məlum olsa da, günahsızlıq prezumpsiyasını nəzərə alaraq bu barədə danışmayacağıq. Ümumiyyətlə, həmin soyadı Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsinin onlarla, bəlkə də yüzlərlə əməkdaşı bilir”.

“Novoya qazeta”nın xəbərinə görə, Ruslan nə vaxtsa “Şimal” batalyonunda xidmət edib və dəfələrlə təlfif olunub.  

Boris Nemtsovun qətlində Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi “Şimal” batalyonunun keçmiş komandir müavini Zaur Dadayev və onun keçmiş döyüşçüsü Beslan Şavanov təqsirləndirilirlər.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı