
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Brüssel təmsilçisinin başqan müavini Asiye Bilgin Strasburq hava limanında xoşagəlməz vəziyyətlə qarşılaşıb. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, xanım siyasətçi hava limanında polisin etikadan kənar müdaxiləsi ilə üzləşib.
Belə ki, təhlükəsizlik nəzarətindən keçmək üçün təyin olunan yerə gedən Asiye Bilgin əşyalarını qoyandan sonra polis ondan əynindəki pencəyini də çıxarmağı tələb edib.AKP-nin təmsilçisi isə bildirib ki, pencəyin altındakı köynəyi qısaqol olduğundan pencəyi çıxarda bilməz.
O bildirib ki, müsəlman dini inancını əsas gətirirək deyib ki, pencəyini camaat arasında soyuna bilməz. O, polisin tələbini qarderobda yerinə yetirəcəyini bildirib. Polis isə bərkdən qışqıraraq “bura hava limanıdır və burda qarderob yoxdur”,deyib.
31 ildir Avropada yaşadığını söyləyən Asiya Bilgin bu qədər təhqir olunmadığını deyib:
“Mən müxtəlif ayrı-seçkiliklərə məruz qalmışam, amma bu qədər təhqir olunmamışam. Mən təyyarəyə gecikməmək üçün məcbur olub pencəyimi çıxartdım.
Modern.az