Modern.az

Britaniya Putinin maliyyə sirlərini aça bilər

Britaniya Putinin maliyyə sirlərini aça bilər

Təhsil

11 Mart 2015, 11:26


Böyük Britaniyanın xarici işlər naziri Filip Hemmond ölkəsinin Rusiya prezidenti Vladimir Putin və onun yaxın ətrafının maliyyə sirlərini açıqlaya biləcəyini deyib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Hemmond bunun Rusiya sakinlərinin öz rəhbərləri barədə daha aydın təsəvvürlərinin yaranması üçün edə biləckələrini istisna etmir.

“Rusiyaya qarşı atacağımız növbəti addımlar deyərkən ilk növbədə strateji kommunikasiyalar barədə düşünürük: Rusiya xalqına əslində baş verənləri necə çatdıra bilərik?” – Hemmond Putin və ətrafının zəngin olmasına işarə vurub.

“Bu maraqlı fikirdir, əminəm ki, Rusiyadakı insanlar bu barədə düşünəcəklər”. “Hermitage Capital” fondunun rəhbəri Bill Brauder prezident Putinin şəxsi sərvətinin 200 milyard dollar dəyərində olduğunu deyib.  

Modern.az          

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı