Aprel ayının 5-də TQDK tərəfindən abituriyentlər üçün ilk sınaq imtahanı keçiriləcək. Modern.az-ın məlumatına görə, həmin imtahanda iştirak etmək üçün qeydiyyat başlayıb.
Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.
Ətraflı məlumat üçün //eservices.tqdk.gov.az/sinaq/ linkinə daxil olun.