Modern.az

Köçkün ailəsinin üçəmləri yeni xəstəxanaya köçürüldü

Köçkün ailəsinin üçəmləri yeni xəstəxanaya köçürüldü

Təhsil

11 Mart 2015, 12:17

Aidiyyatı orqanlardan kömək istəyən Tağıyevlər ailəsinin üçəmləri  K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna  köçürülür. Körpələrin atası Mərdan Tağıyev Modern.az-a deyib ki, xəbəri ona Mərkəzi Klinikadan bildiriblər: “Bu gün məni xəstəxanaya çağırdılar. Dedilər ki, Səhiyyə Nazirliyinin göstərişilə üçəmlər Pediatriya İnstitutuna  köçürüləcək. Bütün müalicələr də həmin xəstəxana tərəfindən həyata keçirləcək”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli saytımıza açıqlamasında üçəmlərin köçürüləcəyi xəbərini təsdiqləyib və onların tam nəzarətdə olacaqlarına əmin edib.

Mərdan Tağıyev saytımız vasitəsilə səhiyyə naziri Oqtay Şirəliyevə, eyni zamanda nazirliyin mətbuat katibi Anar Qədirliyə minnətdarlığını bildirib.

Kəlbəcərli məcburi köçkün ailəsində 12 illik bahalı və sıxıcı müalicə prosesindən sonra üçəmlər doğulub. Ana Pərvanə Tağıyeva hamiləliyinin 7 ayında doğuş sancıları vaxtından əvvəl başladığından Mərkəzi Klinikada qeysəriyyə əməliyyatı keçirib. Dünyaya gələn üçəmlərdən iksi qız, biri oğlandır. Vaxtından əvvəl doğulduğundan uşaqlar küveyz altında saxlanılır.

Mərkəzi Klinka ödənişli xəstəxana olduğundan ailənin maddi durumu müalicələri davam etdirməyə imkan veməyib. Və ata Mərdan Tağıyev dünən Modern.az vasitəslə aidiyyatı qurumlardan kömək istəyib.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı