Modern.az

“15 mart mitinqi ümumxalq aksiyasıdır, Müsavat da iştirak edə bilər” - Fuad Qəhrəmanlı

“15 mart mitinqi ümumxalq aksiyasıdır, Müsavat da iştirak edə bilər” - Fuad Qəhrəmanlı

Təhsil

11 Mart 2015, 12:20


“Dəfələrlə bildirmişik ki, Milli Şuranın təşkil etdiyi 15 mart mitinqi ümumxalq aksiyasıdır. Bu mitinqin təşkilatçısı yalnız Milli Şuradır”. Bunu Modern.az-a açıqlamasında AXCP sədrinin müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı deyib.

O, Müsavat Partiyasının da mitinqdə iştirak məsələsinə toxunaraq bildirib ki,  aksiyada konkret  kimlərinsə iştirakına qadağa qoyulmayıb: “Müsavata gəlincə, adıçəkilən partiya da bu mitinqdə iştirak edə bilər. Dediyimiz kimi, bu, ümumxalq aksiyasıdır. Sosial statusundan, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəs bu aksiyaya qatıla bilər. Aksiyaya Azərbaycan xalqı dəvət olunub”.

Müsavat başqanı Arif Hacılı mətbuata açıqlamasında 15 mart mitinqi ilə bağlı Milli Şuradan müraciət daxil olmadığını deyib. O, Milli Şuranın Müsavatın təşkilat olaraq aksiyada iştirakını arzulamadığını da təəssüflə vurğulayıb.

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı