Modern.az

Azərbaycanlı deputatlar Argentina senatının sədri ilə görüşüblər - FOTOLAR

Azərbaycanlı deputatlar Argentina senatının sədri ilə görüşüblər - FOTOLAR

Təhsil

11 Mart 2015, 12:48


Cənubi Amerikaya səfər çərçivəsində Argentinada olan Azərbaycan Milli Məclsinin deputatlardan ibarət nümayəndə heyəti martın 10-da Argentinanın vitse-prezidenti və Senatının Sədri Amado Boudu ilə görüşüblər. Modern.az xəbər verir ki, səmimi keçən söhbətdə Azərbaycanın və Argentinanın qanunverici orqanlarının əməkdaşlıq imkanları, parlamentdə müvafiq dostluq qruplarının fəaliyyəti müzakirə edilib. Görüşdə həmçinin  beynəlxalq və regional məsələlər də diqqət mərkəzində olub.

Həmin gün Azərbaycan nümayəndə heyəti Argentina Milli Konqresinin Senat və Deputatlar Palatasının xarici əlaqələr komitələrinin və hər iki palatada fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qruplarının üzvləri ilə birgə toplantısı keçirilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı