Modern.az

BAMF-ın Avropa Parlamentinin məlum qətnaməsi ilə bağlı BƏYƏNATI

BAMF-ın Avropa Parlamentinin məlum qətnaməsi ilə bağlı BƏYƏNATI

Təhsil

17 Aprel 2015, 17:30


Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) aprelin 15-də Avropa Parlamentində (AP) qondarma erməni soyqırımı ilə əlaqədar qəbul edilmiş qətnaməyə münasibət bildirib:  

“Beynəlxalq səviyyədə geniş əməkdaşlıq əlaqələrinə malik bir vətəndaş cəmiyyəti təmsilçisi kimi bizdə dərin təəssüf hissi doğurdu. Biz bu sənədi reallıqdan uzaq, qeyri-ciddi və ikili standartların bariz nümunəsi kimi dəyərləndiririk. Əslində, tarixçilərin tədqiqat obyekti olacaq bu məsələyə müəyyən qrup avropalı deputatın faktlara əsaslanmayan bu cür mövqe sərgiləməsi təəccüb və məyusluq hiss doğurur .  

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən Avropa Parlamenti ilə əməkdaşlıq etməyə hazırdır. Biz bir daha avropalı deputatları xalqların tarixi və taleyi ilə bağlı məsələlərdə ədalətli olmağa və həssaslıq nümayiş etdirməyə dəvət edirik".

Modern.az

 
Sizə yeni x var
Keçid et
Xəzərdə İranla bağlı əmr - Bakıya qarşı hansı təhlükələr var?