Modern.az

İŞİD-in buldozerlə hücumu - iraqlı general və zabitlər öldürüldü

İŞİD-in buldozerlə hücumu - iraqlı general və zabitlər öldürüldü

Təhsil

25 Aprel 2015, 13:44


İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması İraqın Anbar vilayətində İraq ordusuna qarşı buldozerli hücum təşkil edib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, kamikadzenin partlayıcı ilə yüklənən buldozeri İraq ordusunun hərbi “CİP”lərdən ibarət karvanına çırpması nəticəsində İraq ordusunun generalı və 3 zabiti həlak olub.

Bu terror aktı Bağdadın 110 kilometrliyində yerləşən Ramadi şəhəri uğrunda gedən gərgin döyüşlərin fonunda baş verib.

İŞİD qruplaşması İraq və Suriyada geniş əraziləri ələ keçirib. ABŞ qruplaşmanı dünyanın 3 əsas qlobal təhlükəsindən biri elan edib.    

Vüqar İsmayılov      

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı